...

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik - Mariana Vasileva

Siyasət Materials 22 Sentyabr 2019 22:51 (UTC +04:00)
Biz daim Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın dəstəyini hiss edirik. Bunu Trend-ə Azərbaycanın bədii gimnastika üzrə yığmasının baş məşqçisi Mariana Vasileva deyib
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik - Mariana Vasileva

Bakı. Cani Babayeva - Trend:

Biz daim Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın dəstəyini hiss edirik. Bunu Trend-ə Azərbaycanın bədii gimnastika üzrə yığmasının baş məşqçisi Mariana Vasileva deyib.

M.Vasileva bildirib: "Ən əsası - Azərbaycanın Birinci vitse-prezidenti, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanı təbrik etmək və Dünya Çempionatının açılışı zamanı onun və əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə hiss etdiyimiz dəstəyə görə böyük təşəkkürümü bildirmək istəyirəm. Onların yanımızda olmaları bizim üçün böyük qürurdur. Hətta onlar zalda olmayanda biz onların dəstəyini həmişə hiss etmişik. Şadıq ki, biz də nəticələrimizlə onları sevindirə bildik. Daha çox çalışacağıq".

Azərbaycan gimnastlarının Tokio-2020 Olimpiya Oyunlarına qazandıqları lisenziyalardan danışan M.Vasileva qeyd edib ki, bu, böyük uğurdur və qarşıya qoyulan məqsəd yüz faiz yerinə yetirilib: "Biz yaxşı bilirdik ki, fərdi proqramda iki lisenziya qazana bilmərik, bütün gimnastlarımız gəncdir, onlardan ikisi Dünya Çempionatında ilk dəfə çıxış edirdi. Əlbəttə ki, Zöhrə Ağamirovaya ümid edirdik, o, ən təcrübəlidir. Ötən il o, Dünya Çempionatında iştirak etmişdi və ilk 20-liyə düşmüşdü. Hazırda isə Çempionatda o, artıq 16-cıdır və Olimpiya Oyunlarına lisenziya qazanıb. Zöhrə ilə fəxr edirik, çünki gənc yaşında belə möhkəm əsəblərin olması nadir haldır. O, öz üzərində işləyəndir. Fikrimcə, onu gələcəkdə daha böyük uğur gözləyir. Qrup hərəkətlərdə komandanın nəticəsindən danışarkən demək istərdim ki, mən çox xoşbəxtəm. Bizim üçün bu, vacib idi. Deyirlər ki, evdə doğma divarlar kömək edir, amma evdə çıxış etmək daha çətindir. Bizim qızlara da çətin idi, onlar bacardıqlarından da yaxşı çıxış etmək və azarkeşləri sevindirmək istəyirdilər. Yeri gəlmişkən, azarkeşlərə də dərin təşəkkürümü bildirirəm, bilirəm ki, bugünkü final günü üçün bütün biletlər satılmışdı".

Baş məşqçi həmçinin əlavə edib ki, artıq bir çoxlarının Azərbaycanda bədii gimnastika məktəbinin olması barədə düşünməsi ona xoş təsir bağışlayır:

"Bu, onu göstərir ki, biz doğru yolla gedirik və öz məktəbimizi yaradırıq".

Qeyd edək ki, Milli Gimnastika Arenasında 16-22 sentyabr tarixlərində dünya çempionatı keçirilib. Çempionatda 61 ölkədən 300-dən artıq gimnast mübarizə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti