...

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi

Siyasət Materials 23 Oktyabr 2019 17:10 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin vəzifəsindən azad olunması üçün yazdığı ərizə ilə bağlı AMEA-da ümumi yığıncaq keçirilir.
Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi

İlk xəbər saat 16:00-da yayımlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin vəzifəsindən azad olunması üçün yazdığı ərizə ilə bağlı AMEA Rəyasət Heyətinin iclası keçirilib. Trend-in məlumatına görə, akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsinə seçilib.

Qeyd edək ki, R.Mehdiyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.

X X X

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin vəzifəsindən azad olunması üçün yazdığı ərizə ilə bağlı AMEA-da ümumi yığıncaq keçirilir.

Trend-in məlumatına görə, iclasda AMEA-nın Rəyasət Heyətinin üzvləri iştirak edirlər.

Yekunda heyətin qərarı ilə AMEA-ya yeni prezident seçiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti