...

Prezident İlham Əliyev Çex Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 28 Oktyabr 2019 17:21 (UTC +04:00)
Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Zati-aliləri Miloş Zemana təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev Çex Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Zati-aliləri Miloş Zemana təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Çexiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti