Bakı. Elçin Mehdiev - Trend:
"Real" partiyasının sədri İlqar Məmmədov da "Milli Şura"ın razılaşdırılmamış aksiya qərarlarını pisləyib.
Trend-in məlumatına görə, İ.Məmmədov "Milli Şura"ın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın ləğv edilməsini doğru qərar adlandırıb və ümumiyyətlə belə aksiyaların əleyhinə çıxış edib.
Bu barədə öz "Facebook" səhifəsində yazan İ.Məmmədov seçkilərin ən doğru yol olduğunu qeyd edib.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) "Milli Şura"nın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.
Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.
Ötən gün isə "Milli Şura" noyabrın 2-nə təyin etdiyi aksiyanın ləğv edildiyini bildirib.