...

Qarabağın Azərbaycanlı icmasının rəhbərliyi Türkiyəyə səfər edib (FOTO)

Siyasət Materials 18 Noyabr 2019 17:50 (UTC +04:00)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbərliyinin Türkiyəyə səfəri başlayıb.
Qarabağın Azərbaycanlı icmasının rəhbərliyi Türkiyəyə səfər edib (FOTO)

Bakı. Samir Əli - Trend:

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbərliyinin Türkiyəyə səfəri başlayıb.

Trend-in məlumatına görə, bu barədə icmanın sədri Tural Gəncəliyev məlumat verib.

İcma rəhbəri qeyd edib ki, uğurlu və məhsuldar Los-Anceles səfərindən sonra Qarabağ icması üzvləri artıq Ankaradadır: “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevlə birlikdə Türkiyənin ən tanınmış düşüncə mərkəzində ilk görüşümüzü keçirdik. Maraqlı görüş və tədbirlər irəlidədir. Qarabağ həqiqətlərini yaymaqda davam edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti