...

PA rəsmisi: Radikallar dünyəvi hakimiyyəti şeytanın hakimiyyəti kimi təbliğ etməyə çalışırlar

Siyasət Materials 28 Noyabr 2019 12:39 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən bütün dinlərə bərabər yanaşılır, qayğı göstərilir.
PA rəsmisi: Radikallar dünyəvi hakimiyyəti şeytanın hakimiyyəti kimi təbliğ etməyə çalışırlar

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda fəaliyyət göstərən bütün dinlərə bərabər yanaşılır, qayğı göstərilir. Bu, bilavasitə cənab Prezidentin apardığı siyasətin nəticəsidir və bu siyasət bundan sonra da davam edəcək.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi Əliheydər Zülfüqarov “Azərbaycanda dünyəviliyin tarixi və bu günü” adlı konfransda deyib.

Ə.Zülfüqarov vurğulayıb ki, aparılan monitorinqlərdən və aidiyyəti qurumlardan gələn məlumatlardan görünür ki, müəyyən qruplar var ki, onlar xaricdən idarə olunurlar:

“Onlar dünyəviliyə qarşı sosial şəbəkələr vasitəsilə təbliğatlar aparırlar. Müşahidələrimizdə görürük ki, onlar təbliğatları zamanı qeyd edirlər ki, boşanma və evlilik münasibətlərini tənzimləmək üçün dünyəvi məhkəmələrə müraciət etməyin və gəlin bunları şəriət prinsipləri ilə həyata keçirə biləcək insanlar etsinlər”.

PA rəsmisinin sözlərinə görə, bu təbliğatın qurbanları isə ən sonda daha çox qadınlar olurlar: “Çünki onlar öz hüquqlarını qoruya və sübut edə bilmirlər. Onlar dünyəvi hakimiyyəti sanki şeytanın hakimiyyəti kimi təbliğ etməyə çalışırlar. Təbii ki, bu, bizi narahat edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti