...

Miroslav Layçak: Slovakiya Səfirliyinin açılması Azərbaycanla münasibətlərin möhkəmlənməsinə xidmət edəcək (FOTO)

Siyasət Materials 28 Noyabr 2019 13:38 (UTC +04:00)
Slovakiya Səfirliyinin açılması Azərbaycanla münasibətlərin möhkəmlənməsinə xidmət edəcək
Miroslav Layçak: Slovakiya Səfirliyinin açılması Azərbaycanla münasibətlərin möhkəmlənməsinə xidmət edəcək (FOTO)

Bakı. Ləman Zeynalova - Trend:

Slovakiya Səfirliyinin açılması Azərbaycanla münasibətlərin möhkəmlənməsinə xidmət edəcək.

Trend-in məlumatına görə, bunu Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak səfirliyin açılışı zamanı deyib.

O, iki ölkə arasında qarşılıqlı maraq kəsb edən sahələrdə daha intensiv əməkdaşlıq gözlədiyini deyib:

“Səfirliyin açılışı Azərbaycanla münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Biz Azərbaycanın potensialını bilirdik, ona görə də burada nümayəndəlik açmaq qərarı verdik. Əməkdaşlıq üçün infrastruktur, dəmir yolu, turizm kimi bir çox sahələr mövcuddur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti