...

Zaxarova: Jurnalistlərin qarşılıqlı səfərləri tərəflərin xalqlar arasında əlaqələrin qurulmasına yardım etmək niyyətinin göstəricisidir

Siyasət Materials 28 Noyabr 2019 16:43 (UTC +04:00)
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri tərəflərin ermənilərlə azərbaycanlılar arasında əlaqələrin qurulmasına yardım etmək niyyətinin göstəricisidir
Zaxarova: Jurnalistlərin qarşılıqlı səfərləri tərəflərin xalqlar arasında əlaqələrin qurulmasına yardım etmək niyyətinin göstəricisidir

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri tərəflərin ermənilərlə azərbaycanlılar arasında əlaqələrin qurulmasına yardım etmək niyyətinin göstəricisidir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O xatırladıb ki, bu səfər 17-21 noyabr tarixlərində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə baş tutub:

“Biz bu birgə tədbiri tərəflərin ermənilərlə azərbaycanlılar arasında əlaqələrin qurulmasına yardım etmək niyyətinin göstəricisi kimi nəzərdən keçiririk. Hesab edirik ki, bu cür humanitar aksiyalar əhalinin sülhə hazırlanmasına yönəlib. Davam etmək lazımdır, biz şübhəsiz ki, bunu dəstəkləyəcəyik. Öz tərəfimizdən biz zəruri vasitəçilk dəstəyi göstərəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti