...

ReAL parlament seçkilərində iştirak edəcək - Hərəkat rəhbəri müxalifəti də seçkilərdə iştiraka çağırdı

Siyasət Materials 28 Noyabr 2019 16:19 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

ReAL partiyasının lideri İlqar Məmmədov partiyanın növbədənkənar parlament seçkilərində iştirak edəcəyini bildirib.

Trend-in məlumatına görə, İ.Məmmədov bunu bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.

O, bütün müxalif qüvvələri bu nümunəyə əməl etməyə və parlament seçkilərində iştirak etməyə çağırıb.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının bu gün keçirilən iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti