...

Azərbaycan XİN Ukraynada yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib

Siyasət Materials 8 Dekabr 2019 14:41 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Odessa şəhər kollecində baş verən yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib
Azərbaycan XİN Ukraynada yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Odessa şəhər kollecində baş verən yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Trend-in məlumatına görə, Azərbaycan XİN bu barədə özünün “Twitter” səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir: “Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada milli matəm günü elan olunub. Biz yanğında həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti