...

Azərbaycanın sürətli reytinq yüksəlişləri bundan sonra da ardıcıllığını qoruyacaq - Bəhruz Quliyev

Siyasət Materials 17 Dekabr 2019 14:55 (UTC +04:00)
Son dövrlər Azərbaycanın dünya ölkələri sıralamasında yüksək reytinqlərə sahib olması ilk növbədə ölkədə yürüdülən uğurlu sosial-iqtisadi siyasətin və çoxşaxəli islahatların real göstəricisidir.
Azərbaycanın sürətli reytinq yüksəlişləri bundan sonra da ardıcıllığını qoruyacaq - Bəhruz Quliyev

Bakı. Samir Əli - Trend:

Son dövrlər Azərbaycanın dünya ölkələri sıralamasında yüksək reytinqlərə sahib olması ilk növbədə ölkədə yürüdülən uğurlu sosial-iqtisadi siyasətin və çoxşaxəli islahatların real göstəricisidir.

Bu fikirləri Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Amerikanın “U. S. News & World Report” jurnalının 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısınıda Azərbaycanın həmin sıralamada öncül yer tutmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ-ın bu kimi nüfuzlu nəşrində ölkəmizin yüksək şəkildə qiymətləndirilməsi, özəlliklə Pensilvaniya Universitetinin “BAV Group” və “Wharton School” qrupunun analitikləri tərəfindən tərtib edilməsi zamanı ölkələrin iqtisadi vəziyyəti ilə yanaşı, hərbi gücünün, siyasi təsir dairəsinin, dünyada liderlik potensialının, eləcə də, beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillərin nəzərə alınması baxımından ölkəmizin lider mövqe tutması əlbəttə ki, qürurverici bir haldır:

“Əgər nəzərə alarsaq ki, Azərbaycan çoxsaylı dünya dövlətləri sırasında 45-ci yerdə qərarlaşıb və bu xüsusda Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliya kimi Avropa ölkələrini geridə qoyması faktı özü-özlüyündə dövlətimizin nüfuzunun ilbəil artmasını kifayət qədər sübut etməkdədir. Əlbəttə ki, biz burada Prezident İlham Əliyevin ölkəmizin müstəqil siyasət yürütməsini, bu vasitə ilə dünyada söz sahibinə çevrilməsini, həmin siyasətin strateji xətt üzrə davam etdirilməsini vurğulaya bilərik. Daha dəqiq desək, Prezident İlham Əliyevin istər islahatların uğurlu gedişini şərtləndirən qətiyyətli addımlar atması, istərsə də digər sahələrdə dinamik tərəqqini öndə tutması strategiyası nəticə etibarı ilə qlobal çağırışlardan lokal gerçəkliyədək bütün tələb-şərtləri dünya siyasətinə uyğunlaşdırır. Bax, bu gerçəklik dünyanın aparıcı analitik mərkəzləri tərəfindən yüksək dəyərləndirilir. Biz ümid edirik və inanırıq ki, Azərbaycanın sürətli reytinq yüksəlişləri bundan sonra da ardıcıllığını qoruyacaq və daha yüksək nəticələr əldə olunacaq”.

Siyasi ekspert, həmçinin əlavə edib ki, əldə edilən uğurların təməl prinsiplərindən biri də ölkəmizdə sabitliyin qorunmasıdır: “Hesab edirəm ki, hər bir inkişafın əsasında ictimai-siyasi sabitlik reallığı dayanır və Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdəki yeri və rolu, ideyaverici, təşəbbüskar kimi çıxışları, nəhəng layihələrin həyata keçirilməsində ilk addım atanlardan olması amili də qeyd edilən bütün fikirləri sübuta yetirməkdədir”.

Qeyd edək ki, Amerikanın “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb. Siyahı Pensilvaniya Universitetinin “BAV Group и Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilib.

Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb.

Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə, bir neçə Avropa ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.jurnalında dərc olunan reytinq siyahısında ümumilikdə 80 ölkə yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti