...

Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Siyasət Materials 18 Dekabr 2019 16:56 (UTC +04:00)
Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellosu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellosu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar.

N.Kanellos diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfir N.Kanellosun ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Tərəflər arasında, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti