...

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Siyasət Materials 27 Dekabr 2019 11:08 (UTC +04:00)
BMT Baş Katibinin sabiq xüsusi müşaviri Noelin Heyzerdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Bakı. Trend:

BMT Baş Katibinin sabiq xüsusi müşaviri Noelin Heyzerdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Zati-aliləri, cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm".

XXX

Gürcüstanın ABŞ-da və Kanadada sabiq səfiri Tedo Caparidzedən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim. Böyük ölkənizin bəxti gətirib ki, əsası Sizin atanız, haqlı olaraq hamının hörmətini və ehtiramını qazanmış müdrik siyasi xadim Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş quruculuq və yaradıcılıq ənənələrini şərəflə davam etdirən belə bir lideri var. Bu ənənələrdən biri də ölkələrimizin və xalqlarımızın möhkəm dostluğudur. Bu dostluğun inkişaf etdirilməsi və möhkəmləndirilməsi bizim daha yaxşı, daha güclü olmağımıza kömək edir.

Sizə və ailənizə cansağlığı və firavanlıq arzulayıram. Ən xoş diləklərimi qəbul edin".

XXX

Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi təbrik etmək mənim üçün həqiqətən böyük şərəfdir.

Fürsətdən istifadə edib xalqlarımız və dövlətlərimiz arasında qardaşlıq əlaqələrini qeyd etmək, xüsusilə də bu münasibətləri daha da yaxşılaşdırmaq və möhkəmləndirmək istiqamətində Sizin xüsusi rolunuzu vurğulamaq istərdim. Dəfələrlə qeyd etdiyiniz kimi, Azərbaycan və Qırğızıstan xalqlarını bir-birinə ortaq tarix, dil, din və ortaq mədəniyyətə əsaslanan xüsusi bağlar birləşdirir. Hazırda Qırğızıstanda öz adət-ənənələrini və dillərini qoruyub saxlayan 20 mindən çox azərbaycanlı yaşayır və burada onlar özlərini evlərindəki kimi hiss edirlər.

Biz həm Sizin, həm də himayənizlə qlobal səhnəyə çıxan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə yüksək dəyər veririk.

Əminəm ki, Sizin rəhbərliyinizlə ölkələrimiz arasında münasibətlər daha da inkişaf edəcək və möhkəmlənəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti