Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün qeydə alınan siyasi partiyaların sayı müəyyənləşib.
Trend-in xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Vahid Azərbaycan Partiyasının daha bir səlahiyyətli nümayəndəsi qeydə alınıb.
Beləliklə, seçkilərdə iştirak edəcək 20 siyasi partiyanın – Vətəndaş və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Vahid Azərbaycan Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.