...

Səməd Seyidov seçicilərlə görüş keçirib (FOTO)

Siyasət Materials 28 Yanvar 2020 13:43 (UTC +04:00)
Səməd Seyidov parlament seçkilərinin təbliğat kampaniyası çərçivəsində növbəti görüşlərini keçirib
Səməd Seyidov seçicilərlə görüş keçirib (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası tərəfindən 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizəd Səməd Seyidov parlament seçkilərinin təbliğat kampaniyası çərçivəsində növbəti görüşlərini keçirib.

Trend-in məlumatına görə, görüşlər Qazaxın Birinci Şıxlı və İkinci Şıxlı kəndlərində baş tutub.

Yüksək səviyyədə keçirilən görüşlərdə deputatlığa namizəd Səməd Seyidov YAP-ın seçki proqramı haqqında məlumat verib.

YAP Seçki Qərargahı Qazax rayon şöbəsinin sədri Həmid Pənahov çıxış edərək seçiciləri partiyanın namizədinə səs verməyə çağırıb.

Görüş zamanı çıxış edən seçicilər fevral ayının 9-da seçki məntəqələrinə gələcəklərini, yüksək fəallıq nümayiş etdirərək partiyanın namizədi Səməd Seyidova səs verəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti