...

Qırğızıstan XİN rəhbəri Azərbaycana gəlir

Siyasət Materials 5 Fevral 2020 13:17 (UTC +04:00)
Qırğızıstan Xarici İşlər naziri Çingiz Aydarbekov Azərbaycana səfər edəcək
Qırğızıstan XİN rəhbəri Azərbaycana gəlir

Bakı. Ləman Zeynalova - Trend:

Qırğızıstan Xarici İşlər naziri Çingiz Aydarbekov Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə Qırğızıstan səfirliyindən bildiriblər.

Qeyd olunub ki, o fevralın 6-da Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzv ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak edəcək.

Nazir Azərbaycana nümayəndə heyətinin müşayiəti ilə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti