...

Azərbaycandakı islahatlar ABŞ radiousunun diqqət mərkəzində

Siyasət Materials 7 Fevral 2020 08:30 (UTC +04:00)
ABŞ-ın nüfuzlu və milyonlarla izləyici kütləsinə malik Con Batçelor Şou Radio proqramıda Azərbaycanda keçiriləcək parlament seçkiləri müşahidə edilmişdir
Azərbaycandakı islahatlar ABŞ radiousunun diqqət mərkəzində

Bakı. Trend:

ABŞ-ın nüfuzlu və milyonlarla izləyici kütləsinə malik Con Batçelor Şou Radio proqramıda Azərbaycanda keçiriləcək parlament seçkiləri müşahidə edilmişdir. Canlı yayımda məşhur aparıcı Con Batçelor ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə götürmüşdür.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, C.Batçelor Azərbaycanın keçmiş Sovet İttifaqı ölkəsindən sürətli inkişaf nəticəsində çiçəklənən, regionun enerji və transport layihələrinin mərkəzində olan dövlətə transformasiya olmasının şahidi olduğunu qeyd etmişdir.

Öz növbəsində səfir Süleymanov parlament seçkiləri ərəfəsində Azərbaycan əhalisində yüksək enerji və dinamikliyin müşahidə olunduğunu qeyd etmişdir. O, Prezident İlham Əliyevin apardığı islahatlar nəticəsində böyük iqtisadi dəyişikliklərin əldə edilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətli addımlar atılması, eləcə də çoxsaylı kadr islahatlarının aparılmasınına diqqət çəkmişdir. Hökumətdə yeni simalar və parlamentə namizədliyi qeydə alınanlar arasında çoxsaylı gənclərin olmasını vurğulamışdır. Səfir bildirmişdir ki, Milli Məclisdə mövcud olan 125 millət vəkili yerinə 1300-dən çox namizədin qeydə alınması, bu namizədlərin dinamik və bəzən kifayət qədər gərgin seçkiqabağı kompaniya aparması Azərbaycanda bu gün açıq və plural cəmiyyətin olmasının bir nümunəsidir.

E.Süleymanov ölkəmizin innovasiyalar sahəsində qabaqcıl addımlar atması, ölkədə startapların inkişafı və hətta bu sahədə region ölkələri üçün nümunəvi model olmasından bəhs etmişdir. Ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi altında enerji sektoru ilə yanaşı yüksək texnologiyalar və iqtisadiyyatın diversifikasiyasına xüsusi əhəmiyyət verilməsini vuğulayan səfir bu sahədə gənclərin önə çəkilməsinə xüsusi diqqət ayrılmasını qeyd etmişdir.

Azərbaycanda hal hazırda istər dövlət, istərsə də ictimai mətbu orqanlarında açıq müzakirələrin, fikir mübadilələrinin, tənqidi yanaşmaların yer aldığını qeyd edən səfir bildirmişdir ki, bütün bunlar ölkəmizdə açıq mühitin olmasına işarədir və olduqca ruhlandıcı təsir bağışlayır.

Sonda ölkəmizin sürətli inkişafından, insanların rifahının yaxşılaşmasından bəhs edən C.Batçelor, Bakının təkcə ölkəmizin deyil, Xəzər regiounun paytaxtı olmasının qürurverici hal olduğunu qeyd etmişdir.

Müsahibənin tam versiyası ilə https://podcasts.apple.com/gh/podcast/on-road-to-baku-azerbaijan-former-soviet-state-blooms/id589864479?i=1000464769383 internet səhifəsindən tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti