...

Pakistanlı müşahidəçilər: Seçki prosesindən razı qaldıq

Siyasət Materials 9 Fevral 2020 21:06 (UTC +04:00)
Pakistan nümayəndə heyəti Azərbaycan Parlament seçkilərində keçirdiyi müşahidənin nəticələrini açıqlayıb.
Pakistanlı müşahidəçilər: Seçki prosesindən razı qaldıq

Bakı. Samir Əli - Trend:

Pakistan nümayəndə heyəti Azərbaycan Parlament seçkilərində keçirdiyi müşahidənin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, Pakistan Parlamentinin sabiq spiker müavini Murtuza Cahid Abbasi Bakıda özlərini ikinci evlərindəki kimi hiss etdiklərini deyib və seçki prosesindən razı qaldıqlarını bildirib: "Seçki prosesinin təşkilindən və MSK-nın fəaliyyətindən olduqca məmnun qaldıq".

İslamabad Qlobal və Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Xalid Teymur Akram isə Azərbaycanda azad, demokratik və şəffaf seçkilərin keçirildiyini müşahidə etdiyini vurğulayıb: "7 fevralda Gəncəni ziyarət etdik. 13 və 20 saylı seçki məntəqələrində olduq. Nümayəndələri ilə görüşdük. 8 fevralda isə Naxçıvanda olduq, 12 və 3 saylı seçki məntəqələrini ziyarət etdik. Azərbaycan regionda bitərəf namizədlərin qatıldığı seçki prosesinə ev sahibliyi etdi".

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti