...

Elxan Ələsgərov və Şair Ramaldanov Azərbaycan Silahlı Qüvvələrinin hazırkı səviyyəsini müzakirə ediblər (VİDEO)

Siyasət Materials 11 Fevral 2020 14:45 (UTC +04:00)
Ekspertlər Azərbayca milli ordusunun yüksək hazırlıq səviyyəsini və artan gücünü qeyd ediblər
Elxan Ələsgərov və Şair Ramaldanov Azərbaycan Silahlı Qüvvələrinin hazırkı səviyyəsini müzakirə ediblər (VİDEO)

Bakı. Trend:

Bakıda “Baku Network” Ekspert Şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov və istefada olan polkovnik Şair Ramaldanovun iştirakı ilə Azərbaycanda hərbi quruculuq sahəsindəki məsələlər, xüsusilə də Silahlı Qüvvələrin hazırlıq səviyyəsi, eləcə də regionda hərbi-siyasi vəziyyət müzakirə olunub.

Trend-in məlumatına görə, ekspertlər Azərbaycan Milli Ordusunun yüksək hazırlıq səviyyəsini və artan gücünü qeyd ediblər.

E.Ələsgərovun sözlərinə görə, beynəlxalq ekspertlər və nüfuzlu təşkilatlar Azərbaycan əsgərlərinin və zabitlərinin döyüş hazırlığını, ordunun artan gücünü yüksək qiymətləndirirlər.

Öz növbəsində Ş.Ramaldanov komanda-qərargah heyətinin yüksək bilik və iş səviyyəsini, eləcə də keçirilən təlimlərin səmərəliliyini vurğulayıb:

“Azərbaycan əsgərləri və zabitləri təkcə hərbi təlimlər zamanı deyil, həm də regional səviyyədə ən yaxşı nəticələri göstərir. Fikrimcə, Azərbaycan ordusu döyüş və hərbi hazırlıq səviyyəsinə, eləcə də peşəkarlığına görə regionda birinci yeri tutur. Bu, o deməkdir ki, Azərbaycanda bu sahədə yüksək biliklərə və idarəetmə qabiliyyətinə malik yeni nəsil hərbi qulluçular yetişib. Eyni zamanda, Azərbaycan hərbi-texniki əməkdaşlıq üçün açıqdır, bunu ölkənin NATO sülhməramlı proqramlarında fəal iştirakı, eləcə də regional və beynəlxalq səviyyələrdə müxtəlif hərbi tədbirlərdə yüksək nəticələri göstərir”.

Ekspertlər Azərbaycan hərbi qulluqçularının yüksək intellektual potensialını vurğulayıblar.

Dövlət tərəfindən orduya böyük diqqət və qayğı xüsusilə vurğulanıb. E.Ələsgərov deyib: “Bunun bariz nümunəsi Prezident İlham Əliyevin milli ordunun hərbi potensialının inkişafına və ordu sıralarında döyüş ruhunun yüksəlməsinə şəxsi töhfəsidir. Dövlət başçısının tez-tez hərbi hissələrə səfərləri, əsgər və zabitlərlə görüşləri Azərbaycanın hərbi gücünün artması güclü stimuldur”.

http://bakunetwork.com

Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube channel: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm

Məqalədə:
Xəbər lenti

Xəbər lenti