...

Seçkilərlə bağlı 220-dən artıq videogörüntü araşdırılıb

Siyasət Materials 15 Fevral 2020 15:31 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib.
Seçkilərlə bağlı 220-dən artıq videogörüntü araşdırılıb

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib.

Trend-in məlumatına görə, bunu MSK-nın üzvü Qabil Orucov MSK-nın bu gün keçirilən iclasında deyib. O bildirib ki, bütün görüntülər hər bir dairə, məntəqə üzrə araşdırılıb.

Q.Orucovun sözlərinə görə, artıq 220-dən çox vieogörüntünün araşdırılması başa çatıb. Bu görüntülər ümumilikdə 30 dairənin 116 məntəqəsini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti