Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında yeni mərhələnin başlanğıcından xəbər verir - Politoloq

Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında yeni mərhələnin başlanğıcından xəbər verir - Politoloq

Bakı: Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya geniş tərkibdə baş tutan səfəri, keçirdiyi vacib görüşlər ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Bunu Trend-ə açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, bu səfər eyni zamanda iki ölkə arasında yeni mərhələnin başlanğıcından xəbər verir:

"Bu mərhələnin ən önəmli hadisəsi isə heç şübhəsiz ki, Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” nin imzalanmasıdır. Sənədin bilavasitə Prezident İlham Əliyev və Baş nazir Cüzeppe Konte tərəfindən imzalanması bu sənədin siyasi çəkisini artırır. Belə ki, sənədin adından da göründüyü kimi, bu münasibətlər müxtəlif istiqamətlərdə - siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat, innovasiyalar, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın bu sənədi “Böyük Yeddiliyin” üzvü olan bir ölkə ilə imzalaması sənədin siyasi əhəmiyyətini sübut edən daha bir mühüm faktdır. Birgə Bəyannamədə qeyd olunur ki, tərəf ölkələr bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edirlər. Deməli, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi, habelə ATƏT-in himayəsi altında aparılan danışıqlar prosesi çərçivəsində sülh yolu ilə nizamlanmasının birmənalı şəkildə dəstəklənməsi çox mühüm əhəmiyyət kəsb edir".

Politoloq vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən mötəbər beynəlxalq tribunalarda Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanı dəfələrlə məğlub etməsi, xüsusilə sonuncu dəfə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirədə dövlətimizin başçısının diplomatiya tariximizə qızıl hərflərlə yazılmış tarixi çıxışından sonra Avropa İttifaqının aparıcı üzv ölkəsinin baş naziri ilə imzaladığı strateji sənəddə münaqişə ilə bağlı Azərbaycanın mövqeyini əks etdirən müddəaların qəbul edilməsi dövlət başçısının uğurlu xarici siyasət kursunun, bilavasitə siyasi səriştəsinin və şəxsi keyfiyyətlərinin bariz nümunəsidir:

"Belə bir məsələdə İtaliyanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına göstərdiyi dəstəyini Azərbaycan son dərəcə yüksək qiymətləndirir.

İtaliya ilə imzalanmış Birgə Bəyannamədə əks olunan məsələ sadəcə sözügedən ölkənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı dəstəkləməsini ehtiva etmir. Eyni zamanda, bu sənəddə yer alan müdafiə, enerji, nəqliyyat, logistika məsələlərini əhatə edən bəndlər də Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üçün möhkəm əsas təşkil edir.

Birgə Bəyannamə, eləcə də Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin daha da inkişaf etdirilməsi, habelə müdafiə, enerji, nəqliyyat, logistika və sair kimi strateji sahələrdə Azərbaycanla əməkdaşlığın daha da gücləndirilməsinə münasibətdə ən böyük ticarət tərəfdaşımız olan İtaliyanın maraq və səylərini də ortaya qoyur. Belə ki, Azərbaycan və İtaliya arasında yüksək səviyyəli münasibətləri nəzərə alaraq, ölkəmizlə Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığı və tərəfdaşlığı nəzərdə tutan, hazırda müzakirə olunan yeni sazişin tezliklə imzalanmasına dəstəyini ifadə edir.

Nəzərə alsaq ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində və bilavasitə İtaliyanın enerji təchizatında mühüm payı olan ölkədir, o zaman Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək məhz İtaliyanın cənubunda bitəcək Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin vaxtında, eyni zamanda problemsiz tamamlanması istiqamətində addımlar atacaqlarını bildirmiş olurlar".

Politoloqun sözlərinə görə, bütövlükdə, bu cür bəyannamələrin imzalanması siyasi, iqtisadi dividendlərdən əlavə, ölkəmizin beynəlxalq aləmdə də imicinə müsbət təsir edir: "İtaliyanın Avrozonanın aparıcı ölkələrindən biri olması Azərbaycanın beynəlxalq arenadakı mövqeyinə, eyni zamanda siyasi proseslərə təsir imkanlarını atırmasına da müsbət töhfə vermiş olur".

"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Yasamalda evdən kişi meyiti tapılıb
Türkiyədə koronavirusdan ölənlərin sayı 168 nəfərə çatıb
"Barselona" futbolçulara şərt qoydu: Radikal qərarlar qəbul ediləcək
BİRLink geniş çeşidli TV paketinin pulsuz yayımı müddətini artırdı
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib
Əlahiddə Ümumqoşun Ordunun dağlıq bölmələrində möhkəm müdafiə potensialı yaradılıb (FOTO)
Azərbaycan XİN Səudiyyə Ərəbistanında törədilən terror aktlarını pislədi
Sumqayıtda xüsusi karantin rejiminə nəzarət üçün mobil qruplar yaradılıb (FOTO/VİDEO)
Təhsil Nazirliyi: Tələbələr məsafədən təlim-tədris prosesinə öz töhfələrini verməlidir
Heydər Əliyev Fondu koronavirus infeksiyası ilə mübarizə sahəsində bir sıra müəssisələrin dezinfeksiya işlərini təşkil edib (FOTO/VİDEO)
"Azərkosmos" Tacikistanda keçirilən tenderin qalibi olub
"Bibiheybət yolu"nda tikinti-bərpa işlərinin sonuncu mərhələsinə başlanılıb (FOTO)
Xırdalanda yolun genişlənməsi məqsədilə ağaclar köçürülüb
İndoneziyalı jurnalist Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan “seçkiləri” ləğv etməyə çağırıb
Zakir Fərəcov sakinləri Operativ Qərargahın qərarlarına riayət etməyə çağırdı
Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” fərmanda dəyişiklik edib
Əflatun Amaşov: Dövlətimizi qoruma səngərlərimiz evlərimizdir
BŞİH: Bakı yollarında yeni yuyucu vasitədən istifadə olunur (FOTO/VİDEO)
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi - FƏRMAN
“Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” Sazişə dəyişikliklər təsdiqləndi
Hüseyin Altınalan: Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır
Məşhurlardan vətəndaşlara növbəti çağırış (VİDEO)
Tokio Olimpiadasının keçiriləcəyi vaxt bilindi
Martın 31-də dolların manata qarşı məzənnəsi
Mağaza və avtomobillərdən oğurluq edən keçmiş məhkumlar saxlanıldı
İlyas Hüseynov: Məsuliyyətsiz davranan, qaydaları pozan insanlar cəzalandırılmalıdır
Bakı metrosunda daha bir nəzarət mexanizmi tətbiq edilib (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Xətaidə evdən kişi meyiti tapılıb
BMTM: Qondarma seçkilər işğal faktına legitimlik donu geyindirmək üçün atılan növbəti uğursuz cəhddir
Azərbaycanda daha 64 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 11 nəfər sağalıb
Yer kürəsinə Atlas kometi yaxınlaşır
Sosial məsuliyyətdən çıxış edən “Binə Aqro”, “İSR Holdinq” və “A-Qrup Sığorta”dan tənha ahıllara qayğı
“Təmiz Şəhər” dezinfeksiya işlərini intensivləşdirib (FOTO)
UNEC-də növbəti yenilik
Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” ölkələrinə koronavirusla mübarizə üçün 140 milyon avro ayırır
Dövlət Gömrük Komitəsinin ünvanına səsləndirilən ittihamlara aydınlıq gətirildi (VİDEO)
AZAL-ın uçuş heyəti Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırır (VİDEO)
Hava daşımaları ilə bağlı qərara dəyişiklik edildi
Baş Nazir nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalara dəyişiklik etdi
DİN: Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir (FOTOVİDEO)
Mais Səfərli: Koronavirusla mübarizənin ən yaxşı əlacı "evdə qal, sağlam ol" çağırışına əməl etməkdir
Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edildilər
Ukraynada qalan soydaşlarımızın zəruri ehtiyacları təmin olunub (FOTO)
Səhiyyə Nazirliyindən spirtlə bağlı əhaliyə XƏBƏRDARLIQ
Şimali Amerikada neft emalı zavodları bağlanır
Pakistanın İnsan Haqları üzrə Milli Komissiyası Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilər"i pisləyib
Ermənistanın daha bir hərbçisi koronavirusa yoluxdu
Gəncədə ahıl vətəndaşlara yardım paylanılıb (FOTO/VİDEO)
İspaniya koronavirusa yoluxanların sayına görə Çini keçdi
Dövlət qulluğuna hazırlaşan namizədlər də sınaq imtahanını pulsuz verəcək
AMEA-nın əməkdaşları məzuniyyətə göndərildi
Türkiyə beynəlxalq təşkilatları Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot etməyə çağırdı
"Equinor” şirkəti “Qarabağ” yatağının işlənməsində iştirakını təsdiqlədi
Şamaxıda ölümlə nəticələnən yol qəzası olub
Rusiya Azərbaycana koronavirusun laborator diaqnostikası üçün 70 test sistemi təhvil verib
İranda daha 3 186 nəfər koronavirusa yoluxub
İranda ötən həftə təbii fəlakət nəticəsində 19 nəfər ölüb
Hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb
Gəncədə şəhərə giriç-çıxış postlarında xidmət davam etdirilir (FOTO)
Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir
Azərbaycanda yeni medal təsis edilir
Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təsdiq edildi
Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu
Avstraliya hökuməti işini itirən vətəndaşlara təzminat ödəyəcək
Abşeronda nəqliyyat axınına müsbət təsir edən yol yenidən quruldu (FOTO)
Sabah Bakıda 19 dərəcə isti olacaq
Azərbaycanın bir sıra ölkələrlə sazişləri təsdiq edildi
Mənzil İnşaatı Dövlət Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
Azərbaycan Formula 1-in təxirə salınması ilə əlaqədar birbaşa maliyyə itkiləri ilə qarşılaşmayıb
Rezidentlər üçün sınaq imtahanı ödənişsiz oldu
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərində veriləcək
Ramin Məmmədov: Biz dəfələrlə bu cür taleyüklü anlarda Azərbaycan xalqının bir yumruq kimi birləşdiyinin şahidi olmuşuq
Milli Məclis yanında Toponimiya Komissiyasının yeni üzvləri məlum oldu
SOCAR: Yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb
65 yaşdan yuxarı insanlara qoyulan məhdudiyyətlər deputatlara şamil edilməyəcək
Spiker: Deputatların iclaslarda tibbi maskalardan istifadə etmələri özlərindən asılıdır
Teledərslərin sabahkı cədvəli açıqlanıb
DİM vətəndaş qəbulunu müvəqqəti dayandırdı
Yelo Bank kapitalını 30 milyon manat atrırır
Apteklərdə tibbi maska çatışmazlığı Milli Məclisdə müzakirə edildi
Milli Məclisin iclasında Azərbaycan həkimləri alqışlandı
Bakı Slavyan Universitetində online dərslər davam etdirilir
Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək
Yaponiya sərhədləri bağlayır
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib (FOTO/VİDEO)
Koronavirusla mübarizədə həyatını itirən həkimlərə xüsusi status verilməlidir – TƏKLİF
Bir sıra işçilər üçün icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti artırıldı
Hərbi xidmətə çağırış ildə iki dəfə olmalıdır - Siyavuş Novruzov
Milli Məclis Azərbaycanda icbari tibbi sığortanın tətbiqi müddətinin uzadılmasını təsdiq etdi
Siyavuş Novruzov: Biz üç virusa qarşı mübarizə aparırıq
Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı
Ziyafət Əsgərov: Vətəndaşlarımızdan xahiş edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər
Milli Məclisin sədri: Hamı virusa qarşı mübarizədə fəal iştirak etməli, verilən bütün tövsiyələrə əməl etməlidir (ƏLAVƏ OLUNUB)
Lənkəranda ağac kəsən şəxs cəzalanıb
Tacikistanda oxumaq istəyənlər üçün proqram elan edildi
ABŞ-da tibbi maskaların təkrar sterilizasiyasını mümkün edən qaydalar təsdiqlənib
Bakıda karantin qaydalarını pozan 428 nəfər cəzalandırılıb
Bank Respublika Prezidentin təşəbbüsünü dəstəklədi
Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib
Bütün xəbərlər