...

Türkiyə-Naxçıvan sərhədində yük avtomobillərinin keçidi bərpa edilib

Siyasət Materials 26 Fevral 2020 17:55 (UTC +04:00)
Bu gün saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.
Türkiyə-Naxçıvan sərhədində yük avtomobillərinin keçidi bərpa edilib

Bakı. Samir Əli - Trend:

Fevralın 25-də Azərbaycan Prezi­­denti İlham Əliyev və Türkiyə Prezi­denti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdə Türkiyədən Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiy­yətlər müzakirə edilib.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, mövcud vəziyyətlə bağlı Prezident İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb.

Türkiyə Prezidenti tərəfindən Türkiyə Respublikasının “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respubli­kasına “Sədərək” dövlət sərhədindən buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verilib və bu gün saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti