...

Xocalı Türkiyənin bu şəhəri ilə qardaşlaşdı

Siyasət Materials 28 Fevral 2020 18:27 (UTC +04:00)
Xocalı şəhəri ilə Türkiyənin Qızılcahamam şəhəri qardaşlaşmış şəhərlər olub
Xocalı Türkiyənin bu şəhəri ilə qardaşlaşdı

Bakı. Trend:

Xocalı şəhəri ilə Türkiyənin Qızılcahamam şəhəri qardaşlaşmış şəhərlər olub.

Trend-in məlumatına görə, bununla bağlı Qızılcahamam şəhər bələdiyyəsində müvafiq protokol imzalanıb.

İmzalanma mərasimində Qızılcahamam bələdiyyə başçısı Süleyman Acar, Xocalı şəhər icra başçısı Şahmar Usubov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və digər rəsmi şəxslər iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti