...

ÜST Azərbaycan xalqına və hökumətinə təşəkkür edib

Siyasət Materials 7 Mart 2020 11:41 (UTC +04:00)
Trend-in məlumatına görə, T.A.Ghebreyesus rəsmi "Twitter" səhifəsində bununla bağlı paylaşım edib.
ÜST Azərbaycan xalqına və hökumətinə təşəkkür edib

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Ghebreyesus Azərbaycan xalqına və hökumətinə təşəkkür edib.

Trend-in məlumatına görə, T.A.Ghebreyesus rəsmi "Twitter" səhifəsində bununla bağlı paylaşım edib.

“Azərbaycan xalqına və hökumətinə COVID-19-a (koronavirus) qarşı qlobal reaksiyanın tərkib hissəsi olaraq maliyyə dəstəyinə görə çox təşəkkür edirəm. ÜST sizin həmrəyliyinizi yüksək qiymətləndirir. Daha təhlükəsiz dünya üçün birlikdə!”, - deyə paylaşımda qeyd edilib.

Əlavə edək ki, Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti