...

Elxan Ələsgərov: Azərbaycan işğal olunmuş Dağlıq Qarabağda karantin rejimi elan edə bilər

Siyasət Materials 8 Aprel 2020 19:58 (UTC +04:00)
Koronavirus Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə işğalçı administrasiyanın başına öz adamını qoymaq planlarına zərbə vura bilər
Elxan Ələsgərov: Azərbaycan işğal olunmuş Dağlıq Qarabağda karantin rejimi elan edə bilər

Bakı. Trend:

Koronavirus Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə işğalçı administrasiyanın başına öz adamını qoymaq planlarına zərbə vura bilər. “Yerevan strateqləri”nin koronavirus pandemiyası dövründə qondarma “Dağlıq Qarabağda prezident və parlament seçkiləri” adı verdikləri siyasi şousu Yerevanın növbəti siyasi uğursuzluğudur.

Seçkilər hələ tam başa çatmamış, təkcə Bakı tərəfindən deyil, bütün ölkələr tərəfindən qanunsuz elan edilib. Dünya ictimaiyyətinin koronavirusun yayılması ilə mübarizə apardığı bir vaxtda, saxta “seçkilər”in tələsik keçirilməsi də nümunəvidir. Bu, erməni hakimiyyətinin Qarabağda yaşayan ermənilərə münasibətinin göstəricisidir və onların şəxsiyyətlərinə vurulan zərbədir. Onlar Xankəndidə “səhnələşdirilən” absurd teatrına qanunilik donu geydirməyə çalışan Yerevan hakimiyyətinin girovuna çevrilib. İctimaiyyət qarşısında “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə” hüququndan, Qarabağda “azad və demokratik seçkilər”dən danışan Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Qarabağ ermənilərinin ən sadə yaşayış hüququna biganəliyini nümayiş etdirdi. Virusun Ermənistana yayılmasının qarşısını almaq üçün Paşinyan martın 16-da fövqəladə vəziyyət elan edib, ölkəyə, o cümlədən işğal olunmuş ərazilərdən giriş-çıxışı bağlayıb.

Onun qərarı ilə Ermənistanda bütün tədris və mədəniyyət müəssisələri bağlanıb, bütün ictimai tədbirlər qadağan edilib və “evdə qal” rejimi qüvvəyə minib. Eyni zamanda Qarabağ ermənilərini “seçkilər”də iştiraka vadar ediblər. Birinci mərhələsi martın 31-də keçirilmiş “seçkilər”in ikinci mərhələsinə seçiciləri aprelin 14-də toplayacaqlar. Seçkilərin keçirilməsi virusun yayılması ilə müşayiət olunacaq, çünki səsvermə prosesi, mitinqlər, təşviqat çoxlu insanın yığılmasını nəzərdə tutur, bundan başqa, Ermənistandan aralarında virus daşıyıcılarının da ola biləcəyi müşahidəçilərin gəlməsi ilə təhdid artacaq.

Koronavirus pandemiyasının tüğyan etdiyi dövrdə Azərbaycanın işğal olunmuş ərazilərində seçkilərlə bağlı siyasi şou təkcə “öz müqəddəratını təyinetmə hüququ” haqqında bəyanatların demaqoqluğunun deyil, həm də Qarabağ ermənilərinin həyatının yerevanlı siyasətçilər üçün dəyərinin göstəricisidir. Paşinyan rejimi virusla bağlı ekstremal vəziyyətə baxmayaraq qondarma “seçkilər”i başa çatdırmaq niyyətindədir. O, təkcə Ermənistanda nüfuzunun itməsindən yox, həm də Qarabağ ermənilərinə təsir rıçaqlarını əldən buraxmaqdan qorxur. “Qarabağ planı” aprelin 5-də Xankəndidə seçki nəticələrinin saxtalaşdırıldığını iddia edərək kütləvi mitinq və yürüş keçirib. Aksiya iştirakçıları Yerevan hakimiyyətində koronavirusun yayılması şəraitində insanlara Ermənistandakı münasibət göstərilməsini tələb edib.

Tələblər arasında fövqəladə vəziyyətin elan olunması və karantin tədbirləri, eləcə də heç kimə lazım olmayan, absurd seçkilərin ləğvi yer alır. Vaxt keçdikcə daha da aydın olur ki, Qarabağ erməniləri Ermənistana lazım deyil. Uzun müddət Yerevan bu insanları daxili-siyasi problemlərin həlli üçün “məzənnə” qismində istifadə edib, amma indi onlar “devalvasiyaya uğrayıb”. Ona görə də Bakı, Dağlıq Qarabağ və ətraf ərazilərin Azərbaycan məxsus olduğunu qəbul edən beynəlxalq hüquqa mübafiq olaraq respublikamızın ərazisində qüvvədə olan karantin rejimini həmin ərazilərə də şamil edə bilər.

"Baku Network" Ekspert Şurasının direktoru

Fəlsəfə doktoru Elxan Ələsgərov

http://bakunetwork.com

Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube channel: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm

Məqalədə:
Xəbər lenti

Xəbər lenti