...

Səfir Bakıda Britaniya bayrağının əks olunmasına görə Azərbaycana təşəkkür etdi

Siyasət Materials 12 Aprel 2020 22:52 (UTC +04:00)
Səfir Bakıda Britaniya bayrağının əks olunmasına görə Azərbaycana təşəkkür etdi

Bakı. Trend:

Bu həm möhtəşəm tamaşa, həm də çox səmimi jestdir.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz "Twitter" hesabında yazıb. Səfir koronavirusla mübarizədə dəstək məqsədilə bu ölkənin bayrağının Heydər Əliyev Mərkəzinin üzərində videoproyeksiya olunmasına görə təşəkkürünü bildirib:

"Mən Azərbaycan dövlətinə və Heydər Əliyev Mərkəzinə təşəkkür edirəm və Azərbaycan xalqına can sağlığı arzu edirəm. Bu çətin müddətdə həmrəylik göstərmək və birgə çalışmaq çox vacibdir", - səfir Şarp deyib.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 12-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Böyük Britaniyanın bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.

Aprelin 3-dən etibarən virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti