Prezident İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti arasında videokonfrans keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)

Prezident İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti arasında videokonfrans keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib.

Trend xəbər verir ki, videokonfrans iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:

-Cənab prezident, xanımlar və cənablar, sabahınız xeyir.

Suma Çakrabarti: Cənab Prezident, sizi görməyimə çox şadam. Bu səhər Avropa Yenidənqurma və İnkişaf Bankının geniş tərkibli heyəti ilə Sizinlə görüşürük. Mənim müavinim Yurqen Riqterinki yəqin ki, xatırlayırsınız. O, bu yaxınlarda Bakıda səfərdə olmuşdur. Burada siyasət üzrə vitse-prezident Pyer Helbron, bankçılıq üzrə vitse-prezident Alan Piyu də bizimlədir. Daha sonra Şərqi Avropa və Qafqaz üzrə icraçı direktor Matteo Patrone, Qafqaz üzrə regional direktor Katerina Hansen, Azərbaycan üzrə nümayəndəliyin rəhbəri İvana Duarte, siyasi məsələlər üzrə müşavir Aleksander Pavlyuk, mənim ofisimdən Svetlana Pirkalo və nəhayət, Avropa Yenidənqurma və İnkişaf Bankında ölkələr üzrə direktor, sizin nümayəndəniz və bizim dostumuz Taşkın Temiz də buradadır.

Cənab Prezident, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm. Bu, olduqca qeyri-adi bir görüş tərzidir. Biz Sizinlə istər Bakı, istərsə də Davosda dəfələrlə görüşmüşük. Biz qəribə və qeyri-adi bir dönəmdə yaşayırıq. Əvvəlcə Azərbaycandakı vəziyyət və həyata keçirilən tədbirlər haqqında Sizdən məlumat almaq istərdik. Daha sonra isə mən və heyətim bu böhrandan ən qısa zamanda çıxmaq üçün Azərbaycana hansı dəstəyin verilə biləcəyi ilə bağlı məlumat təqdim edəcəyik. Cənab Prezident, bizim fikrimizcə, Siz və hökumətiniz bu böhranın öhdəsindən əla gəlirsiniz. Qısa zamanda bir sıra təsirli tədbirlər həyata keçirilib ki, bununla bağlı Sizi təbrik edirəm və vəziyyət və görülən tədbirlər haqqında Sizdən məlumat almaq istəyirik.

Prezident İlham Əliyev: Cənab prezident, sizə və Avropa Yenidənqurma və İnkişaf Bankının yüksək rütbəli nümayəndələrinə bu görüşə görə təşəkkür edirəm. Bu, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanın yaxın və etibarlı tərəfdaşı olmasının göstəricisidir. Odur ki, çətin vaxtda siz belə təşəbbüslə çıxış etmisiniz. Bu, bizə hazırda həyata keçirilən layihələrimizi nəzərdən keçirməyə, görüləcək işləri müzakirə etməyə və gələcək əməkdaşlığımızı planlaşdırmağa imkan verəcək.

Virus məsələsinə gəldikdə, biz ilk gündən real vəziyyətə əsaslanan tədbirlər görməyə başladıq. Vəziyyətin düzgün dəyərləndirilməsi və bu böhranla məşğul olunması üçün səmərəli komandanın yaradılması bizim üçün çox vacib idi. Azərbaycana bu virus qonşuluqdan gəldi və bunun qarşısını almaq üçün biz müvafiq addımlar atdıq və qonşu dövlətlərlə razılıq və birgə qərar əsasında sərhədlərimizi bağladıq. Hesab edirəm ki, biz bu qərarı vaxtında və digər ölkələrin bənzər qərarlarından tez verdik və beləliklə, zaman udmuş olduq. Biz görürük ki, bu virusla mübarizədə ən vacib məsələ vaxtdır, çünki heç bir ölkənin səhiyyə sistemi bu qədər böyük sayda yoluxmuş insanların müalicəsinə hazır deyil. Bu səbəbdən vaxtın qazanılması, səhiyyə sistemimizin hazırlanması, mütəxəssis və həkimlərimizin səfərbər edilməsi və düzgün idarəçiliyin qurulması əsas hədəflərimiz oldu.

Daha sonra biz virusun ölkə ərazisində yayılmasının şahidi olduq və mart ayından etibarən məhdudlaşdırıcı tədbirlər həyata keçirməyə başladıq. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə daimi təmasdayıq və bu təmaslar davam edir. Biz vəziyyətin dəyərləndirilməsi üçün ölkəyə mütəxəssislərdən ibarət heyətin göndərilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına müraciət etdik və onlar bunu etdilər və daha sonra bəyanatla çıxış etdilər ki, Azərbaycan zəruri tədbirləri görür. Onlar da öz növbələrində, müəyyən tövsiyələrini verdilər. Daha sonra Ümumdünya Səhiyyə Təşkilatı bəyanat yayaraq Azərbaycanı koronovirusla mübarizə sahəsində nümunə kimi göstərmişdir.

Məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmamışdır. Biz anlayırdıq ki, insanlar üçün narahatlıq yaranacaq, iqtisadi inkişafımıza böyük zərbə dəyəcək, halbuki bu ilin göstəriciləri olduqca ümidverici idi. Lakin bizim iki variantımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. Bu səbəbdən ilk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu. Gördüyümüz bütün işlərin məqsədi budur və bu istiqamətdə səylərimizi tam səfərbər etmişik. Biz 120 mindən artıq test həyata keçirmişik və aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik.

Biz əlavə laboratoriyalar yaratmışıq və hazırda onların sayı 18-dir. Koronavirusa yoluxmuş pasiyentlər 22 dövlət xəstəxanasında, o cümlədən yeni istifadəyə verilmiş 575 çarpayılıq müasir xəstəxanada müalicə olunurlar. Hazırda karantin rejimində 2000-ə yaxın vətəndaşımız var və bu rəqəm aşağı düşməkdədir. Bu insanlar xaricdən gələnlər və onlarla təmasda olmuş şəxslərdir. Onlar 4-5 ulduzlu mehmanxanalarda yerləşdirilib və yüksək standartlara cavab verən şəraitlə təmin ediliblər.

Vaxtaşırı sərtləşdirdiyimiz məhdudlaşdırıcı tədbirlərin müsbət nəticəsi olmuşdur və artıq iki həftədir ki, bizdə müsbət dinamika var. Yəni, sağalanların sayı yoluxanların sayından artıqdır. Ölüm faizinin nisbətən aşağı olması onu göstərir ki, işlər müsbət istiqamətdə aparılır. Dünəndən biz məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlamışıq.

İqtisadiyyatımıza təsirə gəldikdə, əlbəttə, təsir mənfi olacaqdır. Bizim ilin əvvəlində müsbət perspektivlərimiz var idi. Hələ də ilin ilk rübünə nəzərə salsaq, artım 1 faizdir, qeyri-neft sektorunda artım 3 faiz təşkil edir, qeyri-enerji sahəsində artım isə 23 faizdir.

Koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edilmişdir. Xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib.

Təbii ki, bu, bizim üçün böyük xərcdir. Vergi güzəştləri də nəzərə alınsa, bu gün bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur. Bu, bizim büdcəmiz üçün böyük yükdür, çünki neftin qiymətinin kəskin azalması bizim valyuta ehtiyatlarımıza mənfi təsir göstərəcəkdir. Ancaq bizim üçün bu dövr xərclərimizi artırmalı və yoxsul vətəndaşlarımıza və sahibkarlara yardım etməli olduğumuz dövrdür. Eyni zamanda, bu il biz ödənişli ictimai iş yerlərinin sayını da 2 dəfə artırmışıq. Burada minimal əməkhaqqı verilir və adətən bu, dövlət sektoruna aid olan iş yerləridir. Bu il belə iş yerlərinin sayı 90 min olacaqdır. Biz sosial yardım alan vətəndaşların da sayını artırmışıq. Hər bir belə ailəyə ayda 222 manat ödənilir və onların sayı 80 minə çatmışdır. Bununla yanaşı, 12 min insan üçün, - burada da 70 faiz artım var,- özünüməşğulluq imkanları yaradılıb.

Beləliklə, bu, qeyd etdiyim mənfi təsirə məruz qalmış sahələrdə çalışan, habelə işlərini itirmiş vətəndaşlarımıza təqdim edilmiş iqtisadi və sosial paket haqqında məlumatdır. Burada mən çıxışımı dayandırmaq istərdim. Hər hansı fikir və ya suallarınız varsa buyurun.

Suma Çakrabarti: Təşəkkür edirəm cənab Prezident. Qeyd etməliyəm ki, qəbul etdiyiniz qərarların və görülmüş tədbirlərin həcmi məndə dərin təəssürat yaratdı. Bununla bərabər, addımlarınız olduqca qətiyyətlidir və Siz çevik hərəkət edirsiniz. Sizin də qeyd etdiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı da bunu təqdir etmişdir. Sizinlə 2012-ci ildə baş tutmuş ilk söhbətimi xatırlayıram. Azərbaycanda yoxsulluğun rekord dərəcədə aşağı salınmasına nail olunduğunu qeyd etdik və bir çox insan bundan bəlkə də xəbərsizdir, ancaq bu, dünyada ən yüksək templərdən biri idi. Həmin nailiyyətlərin qorunub saxlanılması, yoxsulların müdafiəsi sahəsində gördüyünüz işlər xüsusilə qeyd edilməlidir. Sahibkarlara dəstək, ailələrə yardım – bunlar zənnimcə, qısa perspektivli deyil, orta perspektivli addımlardır.

Burada Mərkəzi Bankla 50 milyon dollar məbləğində “Swap” razılaşmasının başa çatdırılmasına görə dərin təşəkkürümü bildirirəm. Bu, bizə özəl sektor müştərilərimizin yerli valyutada maliyyələşdirilməsi üçün vacibdir. Buraya korporativ müştərilərimiz, orta və kiçik sahibkarlıq subyektləri və maliyyə institutları daxildir. Biz yaxın həftələrdə 5 müxtəlif tranzaksiya üzrə 20 milyon avroluq ödənişlər edəcəyik. Hesab edirəm ki, ötən bir neçə ay Azərbaycanın gözəl hekayəsi sayıla bilər. Sizin ölkə dünyada ilin ilk rübündə iqtisadi artıma nail olmuş azsaylı ölkələrdəndir, bəlkə də yeganə ölkəsiniz.

Bununla yanaşı, iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini nəzərə alaraq, böhran vaxtı qeyri-neft sektorunun xüsusilə yaxşı göstəriciləri də qeyd olunmalıdır. Çox gözəl bir hekayədir və gün gələcək Azərbaycanla müqayisə aparılacaq. Gələn il bizim illik iclasımız olacaq və növbəti 2-3 il ərzində biz ölkələr üzrə dəyərləndirmə aparacağıq. Azərbaycan burada artıq öndədir.

İstərdim qısaca olaraq planlarımız haqqında məlumat verim. Artıq 5 layihəni qeyd etdim, ancaq işlərimiz bununla məhdudlaşmır. Ötən illərlə müqayisədə keçən il Azərbaycana sərmayə həcmimiz aşağı səviyyədə olub, çünki biz neft-qaz sahəsinə yatırım etmədik və diqqəti orta və kiçik sahibkarlıq sahəsinə yönəltdik. Bu il isə, düşünürəm ki, yenidən Azərbaycana böyük sərmayə yatıracağıq və bu, böhrana cavab tədbirləri və iqtisadiyyatın canlandırılması baxımından düzgün olardı. Biz münbit şərait olduqda bu il Azərbaycana 250 milyon dollardan artıq sərmayə yatırmağı planlaşdırırıq. Bu sərmayənin qoyulması üçün bizə suveren və subsuveren zəmanət tələb olunacaq və həmkarlarımdan bu barədə ətraflı danışmağı xahiş edəcəyəm. Bu layihələr xüsusilə dövlət sektorunu əhatə edir və buraya enerji, infrastruktur və İKT sahələri daxildir. Buraya bəzi dövlət müəssisələrinin kommersiyalaşması da daxildir. Biz Sizinlə 150 milyon dollarlıq yaşıl zərfi müzakirə etmişik və bu mövzunu yenidən gündəmə gətirmək istərdik.

Bilirsiniz ki, biz əvvəllər həmin 150 milyon dollarlıq yaşıl zərfi müzakirə etmişik. Onu işə salmaq istərdik. Bu barədə fikirlərinizi bilmək istərdim. Bu işləri biz Sizin hökumətinizlə irəliyə doğru aparırıq. Elektrik enerjisi şəbəkəsinə gəldikdə, biz şəbəkənin təkmilləşdirilməsinə təxminən 100-200 milyon avro məbləğini sərmayə kimi yatırmağı təklif edirik. Bu, böhran zamanı cavab tədbirləri və bərpa baxımından çox əhəmiyyətlidir. Həmçinin bərpa olunan enerji mənbələrinə özəl yatırımlar üçün imkanlar yaranar. Daha sonra yaşıl şəhər ideyası var. Azərbaycan yaşıl şəhər təşəbbüsünə qoşulan ilk ölkələrdən oldu. Tullantıların idarə edilməsi layihəsi baxımından Gəncə bu çərçivə təşəbbüsünə mart ayında qoşuldu. Biz təklif edirik, o, ilk yaşıl şəhər layihəsi olsun.

Həmçinin Aztelekom şirkəti ilə bağlı təklifimiz var. Bizim alt suveren 15–25 milyon avroluq mühüm investisiya layihəmiz var. Rayonlarda genişzolaqlı internet imkanları genişlənəcək. Bu da çox vacibdir. Böhrandan sonra bərpa mərhələsi üçün də bunun əhəmiyyəti olacaq. Bizim yeni mühüm infrastrukturlar üzrə proqramımız var. Şuramız onun üzərində razılığa gəlib. Biz Şura üzvlərinə təşəkkürümüzü bildiririk. Yüksək səviyyədə prosedurlar razılaşdırılıb. İstərdik ki, həmin məbləği Sizə daha tez çatdıraq, adi sürətdən daha tez. Bu, həmçinin həmin yeni proqram əsasında olacaq.

Suvarmaya gəldikdə, bir neçə il öncə Siz mənə bildirdiniz ki, kənd təsərrüfatı sektorunda bu sahəyə xüsusi önəm verilir. Biz istərdik bu baxımdan pilot layihəni həyata keçirək, bu sektorda müəyyən yeni texnologiyaları tətbiq edək. Eyni zamanda, biz təklif etdik ki, bu sahədə sığorta qurumu yaransın və biz onu maliyyələşdirək. Hökumətdən, həmçinin bu sahədə təsdiqləməni gözləyirik. Bundan əlavə, böyük həcmdə texniki əməkdaşlıq aparılır. Bir sıra yerli banklarla iş birliyi qurulub ki, onlara riskin idarə edilməsində, problemli kreditlərin həllində, uyğunluğun planlaşdırılmasında və sair işlərdə yardımçı olaq. Biz nəinki bank sektoru vasitəsilə, birbaşa kiçik və orta sahibkarlıq subyektləri ilə də işləyirik. Böhran vəziyyətinə hansı yanaşmanı tətbiq etmək? Bu baxımdan onlara dəstək verilməlidir. Bu da normaldır. Biz bunu da etməyə çalışırıq. Qeyd etməliyəm ki, biz sizin yaşıl iqtisadiyyata keçidə bağlı olduğunuzu bilirik. Bir çox ölkələr çəkinir. Biz isə həmin ölkələr üzrə əməliyyatları genişləndiririk. Bir tərəfdən deyə bilərik, əlbəttə, yaşıl iqtisadiyyat çox yaxşıdır, lakin ölkələr deyir ki, biz axı indi böhran içərisindəyik. Əslində, biz bunu yaşıl rəngə çevrilmə adlandırırıq. Böhran zamanı belə çalışırıq ki, əlavə nəticələri əldə edək, yaşıl iqtisadiyyat inkişaf etsin. Bir sözlə, biz gələcəkdə bərpa olunan enerji təşəbbüslərini dəstəkləyəcəyik. Artıq özəl sektor öz marağını nümayiş etdirir. Bunu nəzərə almalıyıq. Enerjiyə aid qaydaları da nəzərdən keçirməklə yardım etməliyik.

Yekun olaraq, dövlət müəssisələri və dövlət sektoru. Fikrimcə, biz növbəti həftə və ay ərzində dövlət müəssisələrinin orta perspektivdə kommersiyalaşdırılmasına, özəlləşdirilməsinə keçmək istəyirik. Bu, dövlət investisiya holdinqi vasitəsilə edilə bilər. Biz dövlət-özəl tərəfdaşlığı düsturu üzərində hökumətlə qanunvericilik sahəsində artıq işləyirik. Biz dövlət müəssisələrinin kommersiyalaşdırılması və özəlləşdirilməsinə keçidə həqiqətən kömək etmək istərdik. Biz, həmçinin Azərbaycanın yeni İnkişaf Korporasiyasının yaradılması istiqamətində çalışırıq. Bir sözlə, qeyd etmək istəyirəm ki, Avropa Yenidənqurma və İnkişaf Bankı olaraq, biz, - bilmirəm Azərbaycan dilində də bu kəlam varmı?, - “İşləri məcrasına salmaq” istəyirik. Əlimizdən gələni edirik ki, Azərbaycanda və digər ölkələrdə böhrandan sonra bərpa baş versin və bu, mümkün qədər tez baş versin. Fikrimcə, Azərbaycana gəldikdə, vəziyyət daha yaxşıdır, çünki birinci rübdə artım müşahidə olunub. Lakin biz yalnız bununla arxayınlaşmamalıyıq. Biz hökumətin səylərini və özəl sektorla işi çox fəallaşdırmalıyıq ki, Azərbaycanda bu, baş versin. Bunu da edəcəyik. Mənim bütün həmkarlarımı ekranda görürsünüz. Bütün yüksək rəhbərlik Sizə dəstək vermək üçün buradadır.

Prezident İlham Əliyev: Sağ olun, cənab prezident. Əvvəlcə ölkəmizlə, koronavirusla əlaqədar gördüyümüz işlə və iqtisadi gündəliyimizlə bağlı söylədiyiniz sözlərə görə minnətdaram. Bu məsələləri əvvəllər dəfələrlə müzakirə etmişik. Sonra apardığımız müzakirələri yenidən nəzərdən keçiririk. Görürük ki, planlaşdırdığımız işlərin əksər hissəsini artıq yerinə yetirmişik. Hazırda iqtisadi inkişafımızın əsas məqsədlərindən biri kölgə iqtisadiyyatının miqyasının azaldılmasıdır. Ötən il biz yaxşı irəliləyişə nail olduq. Bu il isə biz bu istiqamətdə çox uğurla irəliləyirik. Azərbaycanda çoxlu dəyişikliklər olub. Prezident Administrasiyasında, hökumətdə, parlamentdə, yerli icra hakimiyyəti orqanlarında dəyişikliklər baş verib. Onlar davam edir.

Gələcək planlara gəldikdə, mən, həmçinin şəxsən sizə, bankın rəhbərliyinə Azərbaycana önəm verdiyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Ən vacib infrastruktur və enerji infrastrukturu layihələrinə, o cümlədən Cənub Qaz Dəhlizinə dəstək verdiyinizə görə sizə çox minnətdarıq.

İndi isə biz razılaşdırdırılmış gündəliyə keçirik. Mən də planlarımızla bağlı dediklərinizi şərh etmək istərdim. Yaşıl proqrama gəldikdə, biz bu məsələyə çox ciddi yanaşırıq. Mənə məlumat verildi ki, hazırda bizdə 9 layihə var. Gəncədə tullantıların idarə edilməsi layihəsinə artıq yaşıl işıq yandırılıb. “Gəncə - Yaşıl Şəhər”, fikrimcə, Azərbaycanın digər böyük şəhərləri üçün yaxşı nümunə ola bilər. Bərpa olunan enerjiyə gəldikdə, biz buna çox həvəslə yanaşırıq. Bu, indi də belədir. Yanvarda biz bərpa olunan enerji sahəsində iki təcrübəli şirkətlə 440 meqavatlıq günəş və külək enerjisi stansiyalarının tikintisi ilə əlaqədar ilkin sənədləri imzaladıq. Bildiyim qədər, Avropa Yenidənqurma və İnkişaf Bankı onlara dəstək verməyi planlaşdırır. Çox vacibdir ki, bu koronavirus həmin şirkətlərin planına müdaxilə etməsin. Bir neçə gün öncə Energetika nazirimiz mənə məlumat verdi ki, onlar öhdəliklərinə ciddi yanaşırlar. Bu, əlbəttə ki, digər böyük şirkətlər üçün də geniş qapıları açacaq. Yəqin bilirsiniz ki, tender prosesində iştirak edən 7 əsas enerji şirkəti var idi. Bu dəfə keçməyən şirkətlərə gəldikdə, biz onlara ayrıca olaraq növbəti danışıqların aparılması təklifi ilə müraciət etmişik. Həmçinin sizin o fikirlə razıyam ki, bu böhran dövründə biz çox ciddi tədbirlər görməliyik. Biz səylərimizi səfərbər etməliyik və daha çox vəsait sərf etməliyik ki, böhrandan çox asan çıxış yolu tapa bilək. Bu, elə bir vəziyyətdir ki, heç kəs buna hazır deyildi. Biz bu vəziyyətdən necə çıxacağıq, fəsadları hansı olacaq, fəsadları necə qiymətləndirməliyik, prioritetləri necə planlaşdırmalıyıq. Buna görə cənab prezident, bizim bankın və sizin dəstəyinizə, ekspert yardımınıza ehtiyacımız olacaq. Çünki söylədiyim kimi, dünyada heç bir ölkə belə vəziyyətlə qarşılaşmamışdır.

Siz, həmçinin suvarma məsələsini qeyd etdiniz. Sizə deyə bilərəm ki, həmin məsələ infrastruktur sektorunda hazırda bizim əsas prioritetimiz ola bilər, çünki bütün digər infrastruktur layihələri demək olar ki, başa çatıb. Ötən il bizdə çox ciddi quraqlıq oldu. Çox ciddi quraqlıq bu il də müşahidə olunur. Anbarlarda saxlanılan su həcmləri heç vaxt görünmədiyi qədər azdır. Ötənilki kimi quraqlığı hətta yaşlı nəsil belə xatırlamır. Bu səbəbdən suvarma ən vacib infrastruktur layihəsinə çevrilir. Bu məqsədlə bu yaxınlarda mən dövlət komissiyasını yaratdım və ona keçmiş İqtisadiyyat nazirimiz, yaxşı tanıdığınız Şahin Mustafayev rəhbərlik edir. Maliyyə naziri, İqtisadiyyat naziri, Ekologiya naziri, Kənd təsərrüfatı naziri, dövlət suvarma qurumunun rəhbəri bu komissiyasının üzvləridir. Əvvəlcə onlar bizim bütün su ehtiyatlarımızı qiymətləndirəcəklər. Bizdə su ehtiyatlarına nəzarət üçün elektron sistemimiz olmalıdır. Sonra qiymətləndirmə infrastrukturumuz üzərində aparılacaq. Onun əksər hissəsi sovet vaxtının mirasıdır. Bizdə bəzi hallarda su itkiləri hətta 40-50 faiz təşkil edir, çünki həmin kanallar demək olar ki, bütün keyfiyyətini itiriblər. Biz xarici mütəxəssisləri dəvət edəcəyik. Həmçinin sizin dəstəyinizə nəinki maliyyə, o cümlədən ekspert bacarıqları baxımından arxalanırıq ki, bizim həm qısa, həm orta perspektivdə layihələrimiz olsun. Biz uzunmüddətli strateji plan istəmirik, çünki bizim bu halda beş ilə ehtiyacımız olacaq. Biz öz resurslarımızı ayırmağa hazırıq. Əlbəttə ki, bank dəstək versəydi, lap yaxşı olardı. Ən vacibi isə, layihənin lazımi şəkildə idarə edilməsidir. Dövlət müəssisələrinə gəldikdə, İqtisadiyyat naziri bu məsələ üzərində çalışır. Artıq qeyd edildiyi kimi, kommersiyalaşdırma, qismən özəlləşdirmə - biz, ola bilsin, bunu sizinlə müzakirə etməliyik ki, ilkin addımlar hansılar olacaq. Biz əslində buna hazırıq. Korporativ idarəçilik məsələsi də var. Hazırda biz bildiyiniz kimi, daha çox əlaqələndirmə məqsədilə ana təşkilat ideyasını müzakirə edirik. Çünki problemlərimizdən biri dövlət şirkətləri arasında əlaqələndirmənin çatışmamasıdır. Hətta indi ən perspektivli sektorlardan biri olan nəqliyyat sektorunda biz görürük ki, şirkətlərin korporativ maraqları dövlət maraqlarını üstələyir. Bu məqsədlə əlavə işçi qrupu yaradılacaq.

x x x

Sonra Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın perspektivi ətrafında fikir mübadiləsi aparıldı. Müzakirələrdə İqtisadiyyat naziri Mikayıl Cabbarov və Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz Regionu üzrə icraçı direktoru Matteo Patrone çıxış etdilər.

Videokonfrans zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi bir daha Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdi, pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların qarşısının alınması üçün ölkəmizdə görülən səmərəli işlərin böyük əhəmiyyət daşıdığı vurğuladı.

Bildirildi ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla gələcəkdə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Sonda Prezident İlham Əliyev dedi:

-Təşəkkür edirəm, cənab prezident. Bütün həmkarlara iştiraka görə təşəkkür edirəm və böhran başa çatandan sonra sizinlə tezliklə görüşməyə ümid edirəm.

Bu il 290 kilometr qaz xətti təmir olunub (FOTO)
Bu il 290 kilometr qaz xətti təmir olunub (FOTO)
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Loading Bars
Xəbər lenti
Sentyabrın 22-də xarici valyutaların manata qarşı məzənnələri
BNA: Nasaz avtomobillər Bakı küçələrində tıxaclar yaradır (FOTO)
Xırdalanda su olmayacaq
BMT-nin iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın bir daha dünyada söz sahibi olduğunu göstərdi - Deputat
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Xaçmazda meyvə tingləri yanıb
Samux rayonunda ev yanıb
Qazaxıstanda koronavirusa daha 67 nəfər yoluxub
Azərbaycan və İran arasında birgə sənaye parkı bölgənin inkişafına səbəb olacaq
ABŞ Nikolas Maduro və İran Müdafiə Nazirliyinə qarşı sanksiya tətbiq etdi
Hindistan Baş naziri BMT-də islahatlar aparmağa çağırıb
Braziliyadakı tələbələr üçün “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” mövzusunda mühazirə oxunub (FOTO)
Dünyada həftə ərzində 2 milyona yaxın insan koronavirusa yoluxdu
Moskvada koronavirusdan daha 15 nəfər ölüb
Futbol üzrə İtaliya çempionatında "Milan" "Bolonya"yı məğlub edib
Türkiyədə koronavirusdan sağalanların sayı 268 min nəfəri ötüb
Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır - FAKTLAR
Mövlud Çavuşoğlu: Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq
Paşinyanın yeni müharibə planı - Beynəlxalq ekspertlərin rəyləri
Departament rəhbəri: İqtisadi artım və inkişaf ölkəmizin əsas hədəflərindəndir
Türkiyənin Milli Müdafiə Nazirliyi: Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır
Ombudsman Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Müşahid Hüseyn Seyyid: “Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”
Qubada ot tayalarında baş verən yanğınla bağlı araşdırılma aparılır
I-IV siniflər üzrə 7 868 şagirdin valideyni övladını məktəbə göndərməkdən imtina edib
Bakıda koronavirus aşkar edilməsi səbəbindən 4 sinif distant formaya keçirilib
Qubada bir kənddə 8 müəllim koronavirusa yoluxub
Rəcəb Tayyib Ərdoğan: Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısının alınmaması dünyada riyakarlığın əsl nümunəsidir
Yeni tədris ilində 95 şagird və 26 işçi heyət koronavirusa yoluxub - Rəsmi
Azərbaycanda startapların inkişafı sahəsində əsas prioritet strategiyaların hazırlanması olacaq
İranlı hüquşünas: Ermənistanın hərəkətləri beynəlxalq sülhə və hüquqa təhdiddir
Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfəri davam edir (FOTO) (ƏLAVƏ OLUNUB)
Xaricidə təhsildə ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi qaydalarında dəyişiklik edilib
Xarici İşlər Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiqlənib
Təhsil Nazirliyi: Tarix elmi ilə heç bir əlaqəsi olmayan şəxslər tərəfindən təxribat xarakterli məlumat yayılıb
Sentyabrın 22-si üçün teledərslərin cədvəli açıqlanıb
Azərbaycan Prezidenti: Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq
Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır
İspaniya hökuməti koronavirusla mübarizə çərçivəsində Madridə hərbçiləri cəlb edəcək
Azərbaycan Prezidenti: Ermənistanın rəsmi ideologiyasında gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır
Prezident İlham Əliyev: Ermənistan mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir
Azərbaycan Prezidenti: Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır
Azərbaycan bu il 76.6 milyon dollarlıq pambıq lifi ixrac edib
Prezident İlham Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır
Prezident İlham Əliyev: Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır
Ombudsmanın regional mərkəzləri Beynəlxalq Sülh Günü ilə bağlı videokonfranslar keçirib
Prezident İlham Əliyev: Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir
Azərbaycan Prezidenti: Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir
Prezident İlham Əliyev: Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir
ABB “EY İlin İş Adamı™” müsabiqəsinə yenidən dəstək verir
Azərbaycan Prezidenti: Bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir
Azərbaycan Prezidenti: BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir
Prezident İlham Əliyev: Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı var
Dövlət Xidməti: Ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir
BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib - Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib (FOTO)
ADU-da “Peşəkar, qeyri-peşəkar, həvəskar tərcümənin fərqlilikləri” mövzusunda onlayn elmi konfrans keçirilib (FOTO)
Sabunçuda baş verən yanğın nəqliyyatın hərəkətində sıxlıq yaradıb
Sabunçuda açıq ərazidə başlayan yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Gömrük modernləşdirilməsi - məsləhətləşmə layihəsi ilə bağlı onlayn iclas keçirilib (FOTO)
Səfirlik: Azərbaycanla ticarət-iqtisadi əlaqələrin inkişafı Gürcüstan hökumətinin vacib prioritetidir
"Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib
"Milli Şura" və AXCP-nin qeybətxana şousu: Bu dəfə Əli Kərimlinin saxtakarlığı ifşa edilir (VİDEO)
Xarici KİV-lər Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb
Azərbaycanda 92 nəfər koronavirusa yoluxdu, 81 nəfər sağaldı, 1 nəfər vəfat etdi
II mərhələ üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
Əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı azaldıldı - FƏRMAN
Artıq PAŞA Bank müştəriləri olan kiçik və orta sahibkarlar Tender qarantiyasını almaq üçün Onlayn Bankdan müraciət edə bilərlər
DİM GRE: General Test imtahanı keçirəcək
Açıq şəkildə satılan çörək-bulka məmulatları ilə bağlı AQTA-dan açıqlama
AZAL Naxçıvana reyslərin sayını artırır
Sentyabrın 22-də manatın dollara qarşı məzənnəsi
Brayza: KTMT Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir
Xızıda dayı bacısı oğlunu bıçaqladı
Carlsberg Azerbaijan və UAFA “toksik trio”nun gənclərə təsirini araşdırmaq üçün sosial tədqiqat aparmışlar (FOTO)
Bakıda Qazaxıstanın Ticarət Evi açılacaq
Namiq Abdullayev yığma komandanın baş məşqçisi təyin edilib
Şəhid çavuş dəfn edildi (FOTO) (ƏLAVƏ OLUNUB)
Deputat: Ermənistanın əl atacağı növbəti təxribat bu ölkə üçün çox ağır nəticələrə gətirib çıxaracaq
Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Balakən rayonunda keçirilib (FOTO)
Millət vəkili Nizami rayon sakinləri ilə görüşləri davam etdirir (FOTO)
Azərbaycan və Macarıstan arasında bir sıra sahələr üzrə sazişlər təsdiqləndi
Lənkəranda regional turizm idarəsi açılır
Naqif Həmzəyev: Ermənistanın avantürist, məkrli planı tezliklə puç olacaq
Piter Teys: Ermənistan rəhbərliyinin təhrikedici açıqlamaları Dağlıq Qarabağ münaqişəsi ətrafındakı gərgin vəziyyəti daha da çətinləşdirir
Dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına dair Təhsil Nazirliyindən açıqlama
“AzInTelecom” media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib (FOTO)
ÜST koronavirus vaksininə görə Rusiyaya təşəkkür edib
“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
Rusiyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri keçib
YAP Gənclər Birliyi erməni təxribatı ilə bağlı bəyanat yayıb
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi bəyanatlar Rusiya KİV-lərinin diqqət mərkəzindədir (FOTO)
Daha 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu (FOTO)
Prokurorluq “Royal Park”da baş verən ölüm hadisəsilə bağlı məlumat yaydı
İranda 177 nəfər koronavirusdan ölüb
Azər Türk Bank “Mərkəz” filialını yeni konsepsiyada qurur
DİM kollecə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib
İnternet üzərindən satış edirsiniz, lakin nağdsız ödəniş qəbul etmək üçün POS terminal, vebsayt və ya mobil əlavəniz yoxdur?
Ceyhun Bayramovun moldovalı həmkarı ilə telefon danışığı olub
Azərbaycan Dillər Universitetində “Çin mədəniyyəti həftəsi” keçirilir
Bütün xəbərlər