...

Ali Məhkəməyə yeni hakimlər təyin edilib

Siyasət Materials 5 May 2020 11:42 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Ali Məhkəməyə yeni hakimlər təyin edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Kəmalə Abiyeva, Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov və Elşad Şamayevin, Şirvan Apellyasiya Məhkəməsi sədrinin müavini Ələsgər Novruzovun, Gəncə Apellyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyevin, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Aqil Abbasov, Çingiz Əsgərov, Bəhman Qəribov və Bəhram Məmmədlinin Ali Məhkəmənin hakimləri təyin olunması təklif edilib.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti