...

Prezident İlham Əliyev: 123 Sovet İttifaqı Qəhrəmanı bizim fəxr etdiyimiz insanlardır

Siyasət Materials 7 May 2020 21:00 (UTC +04:00)
Prezident İlham Əliyev: 123 Sovet İttifaqı Qəhrəmanı bizim fəxr etdiyimiz insanlardır

Bakı. Trend:

Biz fəxr edirik ki, respublikamız öz oğul və qızlarının həyatı bahasına, müəssisələrimizin gecə-gündüz işləməsi hesabına bu Qələbəyə mühüm töhfə verib. Bilirsiniz ki, Azərbaycanda sənaye həmişə yüksək səviyyədə inkişaf edib və bizim müəssisələrdə Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri fasiləsiz rejimdə istehsal edilirdi.

Trend xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində söyləyib.

Azərbaycanın müharibə vaxtı ən mühüm yanacaq təchizatçısı olduğunu xatırladan dövlətimizin başçısı deyib: "O vaxt hələ Sibirdəki yataqlar kəşf edilməmişdi. Buna görə yanacaq-sürtkü materiallarının əsas bazası Azərbaycan idi. Bu da təsadüfi deyil ki, faşist Almaniyası məhz Bakını tutmaq niyyətində idi. Bu məşhur kadrlar dəfələrlə nümayiş etdirilib: Hitlerə təqdim edilən bayram tortunun üzərində "Xəzər dənizi" sözləri yazılmışdı. Hətta belə bir forma məxsusi olaraq Xəzər dənizinin sərhədlərini göstərirdi, Hitler də svastikanı həmin nöqtəyə qoymuşdu. Əgər bu niyyət baş tutsaydı, əlbəttə, müharibənin yekunu tamam fərqli ola bilərdi".

Prezident qeyd edib ki, biz sovet dövləti tərəfindən layiqincə qiymətləndirilən qəhrəmanlarımızla fəxr edirik. 123 Sovet İttifaqı Qəhrəmanı bizim fəxr etdiyimiz insanlardır, indiki nəsil də, gələcək nəsillər də bu insanlarla fəxr etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti