...

FHN-də kadr dəyişikliyi olub

Siyasət Materials 14 May 2020 14:35 (UTC +04:00)
FHN-də kadr dəyişikliyi olub

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Trend-ə açıqlamasında bildirib ki, bu barədə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin əmri ilə Daxili rotasiya əsasında Bakı Regional Mərkəzinin rəisi polkovnik Hikmət Abbasov tutduğu vəzifədən azad edilərək nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru İsrail Əliyev isə tutduğu vəzifədən azad olunaraq, Bakı Regional Mərkəzin rəhbəri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti