...

Koreya Respublikasının Prezidenti Mun Ce Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 15 May 2020 15:01 (UTC +04:00)
Koreya Respublikasının Prezidenti Mun Ce Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Koreya Respublikasının Prezidenti Mun Ce Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ümid edirəm ki, ölkələrimiz arasında illər boyu inkişaf edən dostluq və əməkdaşlıq əlaqələri öz gözəl bəhrəsini verəcəkdir. Bunun üçün Sizinlə daha yaxından əməkdaşlıq etməyi arzulayıram.

Zati-alinizə bir daha möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasına daimi firavanlıq arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti