...

İbrahim Məmmədov: Başqa ölkələrlə müqayisədə bizdə yoluxma sayı çox aşağı oldu

Siyasət Materials 18 May 2020 17:55 (UTC +04:00)
İbrahim Məmmədov: Başqa ölkələrlə müqayisədə bizdə yoluxma sayı çox aşağı oldu

Bakı. Samir Əli - Trend:

Vətəndaşlar çağırışlara əməl etdiyi üçün başqa ölkələrlə müqayisədə bizdə yoluxma çox aşağı oldu.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, intizamlı vətəndaşların əksəriyyəti xüsusi qaydalara əməl ediblər: “Azərbaycanda koronavirus olmasına inanmayanlar və qaydalara əməl etməyənlər azdır. Vətəndaşlar çağırışlara əməl etdiyi üçün başqa ölkələrlə müqayisədə bizdə yoluxma çox aşağı oldu. Bizdə vəziyyət başqa ölkələrlə nisbətdə çox yaxşıdır".

Sağalan adamlarla mətbuat konfransı keçirmək məsələsinə gəldikdə isə İ.Məmmədov bildirib ki, bu, bizim səlahiyyətimizdə deyil:

"Bu, onların şəxsi qərarıdır, istəsələr müsahibə verə bilərlər, amma Operativ Qərargah onları bu işə sövq edə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti