...

İbrahim Məmmədov: Azərbaycanda kritik vəziyyət yaranarsa, karantin qaydaları sərtləşdirilə bilər

Siyasət Materials 18 May 2020 18:16 (UTC +04:00)
Azərbaycanda kritik vəziyyət yaranarsa, karantin qaydaları sərtləşdirilə bilər.
İbrahim Məmmədov: Azərbaycanda kritik vəziyyət yaranarsa, karantin qaydaları sərtləşdirilə bilər

Bakı. Samir Əli - Trend:

Azərbaycanda kritik vəziyyət yaranarsa, karantin qaydaları sərtləşə bilər.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda vəziyyət idarə olıunandır: “Bu gün bizim tibbi ləvazimatımız və hazırlığımız vəziyyəti idarə etməyə imkan verir. Xaricdən gələn vətəndaşların 20 faizində yoluxmalar aşkarlanır. Ukraynadan gələn 129 nəfərdən 29 nəfərdə nəticələr pozitiv olub. Bu, indiki vəziyyətdə idarə olunandır. Əgər vəziyyət ktirik olarsa, karantin qaydalarında sərtləşmə ola bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti