Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

Bakı. Trend:

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Trend Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan bir sıra məktubları təqdim edir.

Hacıqabul rayonunun 85 yaşlı sakini Cəbrayıl Xıdırov yazır: “Hörmətli cənab Prezident, mən Hacıqabul rayonunun əməksevər vətəndaşları adından Sizə və Mehriban xanım Əliyevaya səmimi təşəkkürümü bildirirəm. Siz uzaqgörən siyasətinizlə qısa müddət ərzində uğurlu yol seçib həyata keçirdiniz. Dünyanı bürüyən koronavirusa qarşı mübarizədə gördüyünüz uğurlu tədbirlər sayəsində ölkəmizdə itkilər elə də böyük olmadı. Allah Sizi qorusun! Arzu edirik ki, tezliklə şanlı bayrağımız Qarabağın hər guşəsində, Xankəndidə, Şuşada dalğalansın!”.

Cəlilabad rayonunun Suluçeşmə kəndindən qəhrəman ana Nəzakət Zeynalova: “Hörmətli cənab Prezident, böyük fədakarlıqla xalqımızın qayğısına qaldığınıza görə Sizə və Mehriban xanıma özümün və ailəmin adından təşəkkürümüzü bildirirəm. Bu ağır günlərdə xalqımıza həm mənəvi, həm də maddi kömək göstərdiniz. Sizin düşünülmüş və uzaqgörən tədbirləriniz nəticəsində koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısı alındı. Siz bir Prezident, uzaqgörən siyasi xadim kimi xalqa yaxınsınız, bizimlə birlikdəsiniz. Biz də qəlbən, ruhən Sizinləyik. Sizə və Mehriban xanıma dərin təşəkkürümüzü bildirir, hər ikinizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram”.

Sumqayıt şəhərindən şəhid anası Gülüzar Piriyevanın məktubunda deyilir: “Möhtərəm cənab Prezident, mən torpaqlarımızın bütövlüyün uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlum Faiq Piriyevin xatirəsinə Sumqayıt şəhəri, 33 nömrəli orta məktəbdə xatirə lövhəsinin vurulmasına və şəhid ailələrinə göstərilən xüsusi dövlət qayğısına görə Sizə təşəkkür edirəm. Biz bununla böyük təsəlli tapırıq. Vətənimizə sevgimiz, dövlətimizə güvənimiz daha da artır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu gün bütün dünyanı cənginə alan pandemiya zamanında vaxtında gördüyünüz qabaqlayıcı tədbirlərlə xalqımızı qoruduğunuza və aztəminatlı insanlara maddi yardım göstərdiyinizə görə məmnunluq hissi duyuruq. “El bir olsa, dağ oynadar yerindən” deyiblər. Biz öz birliyimizlə hər bir çətinliyin öhdəsindən gəlmək iqtidarındayıq. Sizə bir daha təşəkkür edirəm”.

Zaqatala rayonundan Əliyar Əliyev: “Hörmətli cənab Prezident, Siz gənclərin fəaliyyətinə böyük önəm, yüksək qiymət verirsiniz. Biz gənclər də Sizin fəaliyyətinizin əsas dəstəkçiləri, davamçılarınızıq. Gənclər ictimai həyatda çox fəal rol oynayır, bununla da özlərini Sizin köməkçiləriniz sayırlar.

Cənab Prezident, pandemiyanın Azərbaycanda aşkar olunduğu ilk gündən Siz bütün qüvvələri insanların sağlamlığının qorunmasına yönəltdiniz, yaranmış vəziyyəti ciddi nəzarətə aldınız. Bir gənc olaraq bütün qərarlarınıza, addımlarınıza görə Sizə təşəkkür edir və Sizinlə qürur duyuruq”.

Şəmkir rayonunun Çaparlı kəndinin sakinləri Kamal Quliyev, Ceyhun Namazov, Daşdəmir Əsgərov, İnam Mirzəliyev və Vüsal Hüseynov yazırlar: “Əziz və möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan, COVID-19 pandemiyası qəfil meydana çıxmaqla dünya düzənində xaos vəziyyəti yaradıb, dövlət idarəçiliyini, siyasi liderləri çətin sınaqla üz-üzə qoyub. Sizin yüksək dünyagörüşünüzlə Azərbaycanda son bir neçə ayda qəbul edilən, ciddi nəzəri və praktiki təhlil qabiliyyətinizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız dövlətimizin bu bəlaya qarşı mübarizədə bir addım öndə olmasını təmin etdi. "Biz birlikdə güclüyük!" çağırışınızla apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha göstərdiniz. Bütün bunlara görə Şəmkir rayon Çaparlı kənd sakinləri adından Sizə təşəkkürümüzü bildirir və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Əziz Prezidentimiz, Sizə inamımız böyük və sonsuzdur”.

Samux rayonunun Alıuşaqlı kəndindən Nuriyyə İsrafilova: “Hörmətli cənab Prezident, mənim 69 yaşım var. Çernobıl hadisələrinin iştirakçısıyam. İnsanların bəla ilə üzləşməsinin nə olduğunu bilirəm. Buna görə də Sizin koronavirus pandemiyasına qarşı tədbirlərinizi, “Evdə qal” çağırışlarınızı yüksək qiymətləndirirəm. Bütün qərarlara görə Sizə təşəkkür edirik. İllər keçəcək, ancaq Sizin Azərbaycan xalqı üçün etdikləriniz unudulmayacaq. Hər şeyə görə çox sağ olun, cənab Prezident”.

Masallı rayonunun sakinləri Zaur Nəciyev, Zayid Məmmədov, Mətanət Niftiyeva, Xanım Muradova, Əliniyaz Məmmədəliyev, Əlimərdan Rəhmətov və Çingiz Mirzəcanov yazırlar: “Hörmətli cənab Prezident, dünyanı bürümüş təhlükəli koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş xüsusi karantin rejimi dövründə rayonumuzun aztəminatlı sakinləri maddi və ərzaq yardımı ilə təmin olundular. Bununla yanaşı, rayonumuzda bu xəstəliyin geniş yayılmaması üçün görülən qabaqlayıcı tədbirlər də səmərəli oldu, böyük itkilərin qarşısı alındı. Koronavirusla mübarizədə Azərbaycanımızın adının başqa ölkələrə nümunə kimi çəkilməsi bizi sevindirir və qürurlandırır. Bu nailiyyətlər Sizin uzun illərdən bəri yorulmaz fəaliyyətinizin sayəsində baş verdi. Buna görə də xalqımız Sizə minnətdardır”.

Füzuli rayonunun sakinləri Vəli Şəmilov, Allahverdi Əliyev, Vahid İsgəndərov və Hacıəddin Səfərov yazırlar: “Möhtərəm cənab Prezident, bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyinizlə həyata keçirilən mübarizə tədbirlərini yüksək qiymətləndirir və alqışlayırıq. Sizin qabaqlayıcı tədbirləriniz sayəsində çox şükürlər olsun ki, ölkəmizdə faciəvi nəticələr qeydə alınmadı. Vətəndaşlarımız üçün böyük əhəmiyyət daşıyan bu məsələdə tutduğunuz qətiyyətli mövqeyə, atdığınız strateji addımlara görə xalqımız Sizə hər zaman minnətdar olacaqdır. Virusla mübarizə aparmaqla yanaşı, dövlətimizin aztəminatlı ailələri, işə getmək imkanından məhrum olan insanları diqqətdə saxlaması, onlara 190 manat məbləğində birdəfəlik ödəmə verməsi təqdir olunur. Biz də bu işlərə sevinən, bundan qəlbən məmnunluq hissi duyan milyonlarla vətəndaşın sırasındayıq.

Cənab Prezident, son günlər sağalıb evlərinə dönən xəstələrin sayı artmaqdadır. Əlbəttə ki, bu, çox xoş haldır. İnanırıq ki, tezliklə bu bəladan yaxamızı birdəfəlik qurtaracağıq. Allah Sizi və ailənizi qorusun!”.

Daşkəsən rayonunun Xoşbulaq kəndindən Əvəz İsgəndərov: “Hörmətli cənab Prezident, Siz ölkəyə rəhbərlik etdiyiniz gündən bəri həmişə Azərbaycan xalqının yanında olmusunuz və xalqın sosial problemlərini həll etmək, aztəminatlı ailələrin güzəranını yaxşılaşdırmaq üçün əlinizdən gələni əsirgəmirsiniz. Mən və ailə üzvlərim koronavirus pandemiyası dövründə xalqımızın sağlamlığının qorunması, həmçinin insanların çətinliyə düşməməsi üçün gördüyünüz işlərə görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Ailəmizin pandemiya dövründə aldığı 190 manat birdəfəlik ödəmələr bizim çətin günlərdə tək olmadığımızı göstərdi. Siz xalqımızı böyük çətinlikdən qurtardınız. Biz Sizə daim güvənirik. Bir daha təşəkkür edirik”.

Kürdəmir rayonundan Sarvan Ağasiyev: “Çox hörmətli Prezident, son aylar dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı ölkəmizdə görülən tədbirlər müsbət nəticələrini verdi. Sizin rəhbərliyinizlə həyata keçirilən işlər başqaları üçün nümunə oldu. Apardığınız düzgün siyasət bizim sağlam qalmağımıza, xəstəliyin geniş yayılmamasına səbəb oldu. Buna görə Sizə minnətdarıq.

Cənab Prezident, Siz xalqı sevdiyiniz kimi, xalq da Sizi sevir. Siz xalqı dəstəklədiyiniz kimi, xalq da Sizi dəstəkləyir. Azərbaycan xalqı həmişə Sizinlədir. Tanrı Sizi qorusun! Var olun, cənab Prezident!”.

Tərtər rayonunun sakinləri Səriqə Rzayeva, Şaiq Quluyev və Arif Behbudov yazırlar: “Hörmətli cənab Prezident, bu çətin günlərdə Azərbaycan xalqına göstərdiyiniz qayğı və dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Gözəgörünməz düşmənlə üzbəüz qalan dünyamızda Sizin strategiyanız nəticəsində Azərbaycan xalqı bu düşmənə qalib gəlmək üzrədir. Siz bizim yanımızda olduğunuz kimi, xalq da Sizin yanınızdadır. Tərtər rayonunun əhalisi adından Sizə minnətdarlığımızı bildiririk”.

İsmayıllı şəhərindən Elman Xəlilov: “Hörmətli cənab Prezident, bu məktubu yazaraq Sizə minnətdarlığımı bildirmək istəyirəm. Dünyada koronovirus xəstəliyinin tüğyan etdiyi bir vaxtda Sizin qayğıkeşliyiniz, vətənpərvərliyiniz bir daha göz qarşısındadır. Bu virus hamı kimi bizi də narahat edir. Çox sağ olun ki, aztəminatlı, işsiz vətəndaşların qayğısına qalırsınız. Sizin humanist addımlarınız əvəzedilməzdir. İşsiz vətəndaş olaraq mənə də 190 manat verildi. Sizin sayənizdə ailəm və övladlarım sevindi. Ailəmin və uşaqlarımın adından Sizə sonsuz təşəkkürümü bildirirəm. Arzu edirəm ki, tezliklə bütün dünya bu bəladan qurtulsun, doğma Azərbaycanımız Sizin siyasətiniz nəticəsində sosial-iqtisadi inkişafını davam etdirsin, həmişə yüksəklərdə duran qabaqcıl ölkələrdən olsun. Sizə uzun ömür, cansağlığı arzulayıram. Həmişə Sizi dəstəkləyirik”.

Qaradağ rayonunun Qızıldaş qəsəbəsindən Cavanşir Poladov: “Hörmətli cənab Prezident, Sizin həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində koronavirusa qarşı aparılan düzgün mübarizə öz nəticəsini göstərdi. Siz xalqın dar günündə önə keçən, xalqı hər bəladan qoruyan lidersiniz. Siz xalqın çətinliklə üzləşdiyi bir dövrdə 100 minlərlə vətəndaşımıza, istər vergi ödəyicisi olsun, istər işsiz, heç bir fərq qoymadan yardım etdiniz. Bu xalqını sevən və dəyərləndirən Prezidentə layiq addımdır. Sizə minnətdarlıq bildirərək şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

Saatlı rayonundan Qədim Ədilov və Mamed Ağayev yazırlar: “Hörmətli cənab Prezident, koronavirus pandemiyası ilə mübarizədə dünyanın ən inkişaf etmiş ölkələrinin belə tədbir görməkdə gecikdiyi bir vaxtda Sizin qabaqlayıcı tədbirləriniz bizim bu sınaqdan minimum itki ilə çaxmağımıza zəmin yaratdı. Azərbaycan xalqı Sizinlə fəxr edir. Sizin dövlətçiliyimizin inkişafı yolunda apardığınız islahatlar, məmur özbaşınalıqlarına son qoymanız yaxşı nəticələrini verməkdədir. Sizin verdiyiniz qərarlar, bu çətin günlərdə etdiyiniz yardımlar xalqın daha yaxşı yaşamasına hesablanmışdır. Koronovirusdan xalqımızı qorumaq üçün göstərdiyiniz səylərə görə Sizə minnətdarlıq bildirir, bu şərəfli və məsuliyyətli işinizdə yeni uğurlar arzulayır, hər bir çağırışınıza əsgər kimi hazır olduğumuzu bildiririk”.

Füzuli rayonunun Böyük Bəhmənli kəndindən Bayram Ələkbərov: “Çox hörmətli Prezidentimiz, mən bir Azərbaycan gənci və Füzuli sakini olaraq xalqımıza verdiyiniz dəyərə, ölkəmiz üçün göstərdiyiniz xidmətlərə görə Sizə və hörmətli Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Ulu Öndərimizin məcburi köçkünlərə hər zaman göstərdiyi diqqət və qayğını biz Sizin fəaliyyətinizdə də görürük. Buna misal mənim təhsil haqqımın dövlət tərəfindən ödənilməsidir. Dəyərli Prezidentim və çox hörmətli Mehriban xanım, Sizin uğurlu fəaliyyətiniz sayəsində Azərbaycanımızı müasir və inkişaf etmiş ölkələr sırasında görürük. Bütün dünyada yayılan koronavirus pandemiyasının ölkəmizə də təsiri oldu. Lakin Siz ilk gündən başlayaraq qabaqlayıcı tədbirlər gördünüz. Məhz bu tədbirləriniz xalqımızın sağlamlığını qorudu. Siz hər zaman xalqımızın yanında olmusunuz, bu çətin günlərdə də vətəndaşlarımızdan qayğınızı əsirgəmədiniz.

Cənab Prezident, bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram. Sizinlə qürur duyuram”.

Şirvan şəhərindən Təranə Tağıyeva: “Möhtərəm cənab Prezident, bütün bəşəriyyətin ağır pandemiya ilə həyatda qalmaq uğrunda mübarizə apardığı bir dövrdə Sizin ən ali dəyərlərə söykənərək insanların sağlamlığının qorunmasına göstərdiyiniz diqqət və qayğı yüksək insani keyfiyyətlərinizin, mənəvi zənginliyinizin daha bir göstəricisidir. Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ən ağır nəticələrindən xilas etdi. Pandemiyanın dünyanın ən inkişaf etmiş ölkələrində belə, sözün əsl mənasında, insanlıq dramı yaşatdığının şahidi oluruq. Lakin Sizin uzaqgörənliyiniz, çevik və vaxtında həyata keçirdiyiniz tədbirlər sayəsində ölkəmiz bütün dünyaya ən uğurlu mübarizə modelini nümayiş etdirdi. Əlbəttə, bu, bir vətəndaş olaraq məni sevindirməyə bilməz. Sizinlə fəxr edirəm, qürur duyuram, cənab Prezident. Sizə minnətdaram”.

Ağstafa rayonundan Elcan Quliyev: “Möhtərəm cənab Prezident, ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün tərəfinizdən görülən tədbirlər təqdirəlayiqdir. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, sosial baxımdan həssas ailə qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı qərarın verilməsi bu məsələyə necə ciddi yanaşdığınızı göstərir.

Cənab Prezident, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olaraq təhsil haqqımın ödənilməsində göstərdiyiniz dəstəyə görə şəxsən öz adımdan və valideynlərimin adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun, Sizi Azərbaycan xalqına çox görməsin!”.

Göyçay rayonundan Şahin Əliyev: “Cənab Prezident, dünyanı bürüyən pandemiya dövründə Azərbaycan vətəndaşları Sizin tapşırığınızla xüsusi diqqət və qayğı ilə əhatə olundu. Pandemiya dövründə 600 mindən çox vətəndaşa maddi kömək göstərildi, bir çox fond və təşkilatlar tərəfindən ərzaq yardımı edildi. Azərbaycan gənci, Azərbaycan könüllüsü olaraq qürurla və fəxrlə ərzaq yardımlarının çatdırılmasında iştirak etdik.

Cənab Prezidentimiz, Sizin Sərəncamınızla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Sizin və birinci xanımı Mehriban Əliyevanın bir illik əməkhaqqınızı bu Fonda ianə etməyiniz Azərbaycan xalqına olan diqqət və qayğının daha bir göstəricisi oldu. Xalqımızın həmrəyliyi bir daha dünyaya nümunə oldu. Böyük şirkətlər, iş adamları, həmçinin bizim kimi sadə vətəndaşlar da fonda ianə etdilər.

Cənab Prezidentimiz, 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etməyiniz bizə böyük stimul verdi. 2013-cü ildən qürurla və fəxrlə Azərbaycan könüllüsü adını daşıyıram. Biz sizin könüllü əsgərlərinizik. Bizə göstərdiyiniz diqqət və qayğıya görə gənc fəal olaraq Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü və minnətdarlığımı bildirirəm”.

Suraxanı rayonundan Fərid Fəxrəddinli: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, mən bir gənc olaraq çox sevinirəm ki, Azərbaycana Sizin kimi uzaqgörən siyasi xadim rəhbərlik edir. Sizin rəhbərliyinizlə ölkəmizdə böyük işlər görülür və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Azərbaycan gənci Sizə daim güvənir.

Cənab Prezident, Azərbaycan xalqı çox çətinliklərin öhdəsindən layiqincə gəlib. İnanırıq ki, hazırki narahat günlərimiz də tezliklə tarixin yaddaşına köçəcək və Sizin rəhbərliyinizlə ölkəmizdə həyat yenidən öz axarına düşəcək.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqının üzvləri adından Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində atdığınız humanist addımlar öz müsbət nəticələrini verəcək”.

Bakı şəhərindən İnqilab Nəzərov: “Möhtərəm cənab Prezident, dünyanı cənginə alan koronavirusun ölkəmizə təsirinin minimuma endirilməsi üçün görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. COVID-19 infeksiyasının dünyanın ən qüdrətli dövlətlərində ciddi tələfatlara səbəb olduğu halda, ölkəmizə ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil edildi. Əhalinin sağlamlığının qorunması ön plana çəkildi. Dünyanın pandemiya ilə üz-üzə qaldığı, dövlətlərin iqtisadi cəhətdən zəiflədiyi bir vaxtda Sizin Sərəncamınızla əhalinin rifahının daha da yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdən bütün təbəqələrdən olan insanlar yararlanıb.

Cənab Prezident biz Sizin apardığınız daxili və xarici siyasətinizi daim dəstəkləyirik. Bunun səbəbi isə Sizin Azərbaycan xalqının xoşbəxt, firavan yaşaması, həmçinin sağlamlığının qorunması üçün yorulmadan çalışmağınızdır. Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyətiniz Azərbaycanın daha gözəl və qüdrətli olmasına, insanlarımızın xoşbəxt yaşamasına xidmət edir. Sizin əməyiniz qarşısında baş əyirik. Əminik ki, xalqımız Sizin bu əziyyətinizi heç bir zaman unutmayacaq. Şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkür edirəm. Sizin xalqa xidmətiniz bugünkü və gələcək nəsillər üçün nümunədir. Biz Sizinlə qürur duyuruq. Biz birlikdə güclüyük!”.

Hemilton İspaniya Qran Prisinin qalibi olub
Hemilton İspaniya Qran Prisinin qalibi olub
Azərbaycanın dörd para-taekvandoçusu Tokio-2020-yə lisenziya qazandı (ƏLAVƏ OLUNUB)
Azərbaycanın dörd para-taekvandoçusu Tokio-2020-yə lisenziya qazandı (ƏLAVƏ OLUNUB)
Milli Gimnastika Arenasında gimnastlar üçün ən yaxşı şərait yaradılıb - Jalə Qaratova
Milli Gimnastika Arenasında gimnastlar üçün ən yaxşı şərait yaradılıb - Jalə Qaratova
Loading Bars
Xəbər lenti
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Ermənilərin növbəti feyk xəbəri ifşa edildi (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib (FOTO)
Bu gün Qubada “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Quba rayonuna səfər edib
Ulu Öndərin anadan olmasının növbəti ildönümü günündə azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
MÜSİAD Azərbaycan idarə heyəti Qubada Heydər Əliyev mərkəzini ziyərət ediblər (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistanın dəmir yollarına sahibdir, bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi müdrikliyi ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq
Krasnoyarskın "TBK" telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər
Prezident İlham Əliyev: Bu səfərin çox böyük rəmzi mənası var
Prezident İlham Əliyevdən Ermənistandakı revanşistlərə xəbərdarlıq: Odla oynamasınlar
Prezident İlham Əliyev Kanada və Fransa XİN-nin bəyanatını kəskin tənqid etdi: Gedin, öz işlərinizlə məşğul olun
Prezident İlham Əliyev: Naxçıvan ordusunda olan hərbi texnika bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür
Prezident İlham Əliyev: Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur
Samsung sizi Bespoke Home yeni məişət texnikasının təqdimatına dəvət edir
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər (FOTO)
İsraildə prezident seçkilərinin vaxtı açıqlanıb
Yaponiya bu il ilk koronavirus peyvəndini istehsal edəcək
Stokholmda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü qeyd edilib (FOTO)
Mübariz Qurbanlı: Vətən müharibəsində əldə olunan tarixi qələbə Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim
Azərbaycanda son sutkada 371 nəfər koronavirusa yoluxub, 892 nəfər sağalıb, 18 nəfər vəfat edib (ƏLAVƏ OLUNUB)
Prezident İlham Əliyev: Bir neçə ildən sonra Naxçıvanda içməli su layihələri 100 faiz həll olunacaq
Yaponiyada görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş veriliş yayımlanıb (FOTO)
Qazaxıstanda koronavirusa daha 2 142 nəfər yoluxub
Ermənistanda əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular (VİDEO)
DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad ediblər (FOTO)
Heydər Əliyev dünya miqyaslı şəxsiyyət olub və bütün sahələrdə fenomenal biliklərə sahib olub - Sakit Məmmədov
Paşinyan İkinci Qarabağ müharibəsini öz hakimiyyətinin ən böyük problemi adlandırıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kampaniyası keçirilib (FOTO)
Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
Azərbaycana köç edən nadir çöl quşlarının ovu qadağan edilir - ETSN
Lavrovun Azərbaycana səfərinin proqramı açıqlanıb
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO/VİDEO)
Heydər Əliyev müstəqil Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib - İqor Korotçenko
DSX-nin bütün hərbi hissə və bölmələrində Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü qeyd olunub (FOTO)
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb (FOTO)
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin yeni ofisinin açılışı olub (FOTO)
Azərbaycanda 400-dən çox quş növü müəyyənləşib - Nazirlik
İki nəfəri tüfənglə yaralayan Şəmkir sakini saxlanılıb
Küveytin iri neft yatağında yanğın olub - Xəsarət alanlar var
Heydər Əliyevin Azərbaycanın həyatının bütün istiqamətlərində nəhəng əməyini və təsirini qiymətləndirmək çox çətindir - Natiq Rəsulzadə
Kəndlərin minalardan təmizlənməsinə Ağdamdan başlanılacaq - İcra başçısı (VİDEO)
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (YENİLƏNİB) (FOTO/VİDEO)
Ölkə ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 75 mini keçib
Səbaildə keçirilən ağacəkmə aksiyasında 300-dən çox ağac və gül kolları əkilib (FOTO)
“Azərsun Holdinq” Ulu Öndərin məzarını ziyarət edib (FOTO)
Qaradağda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbir keçirilib (FOTO)
Minatəmizləmə işinin sürətlənməsi üçün yeni texnikalar gətirilir - Agentlik sədri (VİDEO)
Prezident İlham Əliyev Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanış olub (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Ordubadın su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB-2)
Bu il Ceyhan terminalından 70 milyon bareldən çox AÇG nefti yola salınıb
Vətən müharibəsində Zəfər ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir - İsa Həbibbəyli
Güclü külək Ağcabədidə fəsadlar törədib (VİDEO)
Paşinyanın kortejində qəza olub - Xəsarət alanlar var
Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub (FOTO) (YENİLƏNİB)
Yetkinlik yaşına çatmayanlara siqaret satan mağazalar aşkarlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir (FOTO)
Prezident İlham Əliyev Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Ağdamda Ulu öndərin doğum günü münasibətilə ağacəkmə kampaniyası keçirilib (FOTO)
Bu ərazilərə qar yağıb - Faktiki hava
Parlamentdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub (FOTO)
Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Xaçmaz rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib
Hacıqabul sakinindən narkotik və odlu silah götürülüb
Ermənistanın mülki əhaliyə qarşı cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb - Kamran Əliyev
Xəstəxanalardakı qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir - Baş prokuror
Sabah arabir yağış yağacaq, şimşək çaxacaq
Qarabağda vuruşmuş erməni terrorçuları ilə bağlı cinayət işi yekunlaşmaq üzrədir - Kamran Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Liderin xatirəsini yad edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev Naxçıvanda Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib (FOTO)
Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” binasının tikintisi ilə tanış olub (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib (FOTO)
Bir həftədə 93 hektara yaxın ərazi minadan təmizlənib
Bütün xəbərlər