...

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir

Siyasət Materials 29 May 2020 22:02 (UTC +04:00)
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir

Bakı. Trend:

Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Əlamətdar bayramınız – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Azərbaycan dövlət quruculuğu işində, dərin iqtisadi və sosial dəyişikliklər həyata keçirilməsində sanballı uğurlar nümayiş etdirir.

Azərbaycan zəngin resurs və intellektual potensiala malik olan, perspektivli, dinamik inkişaf edən, öz bənzərsizliyini, milli ənənələrini qoruyub saxlamış, dünya şöhrətli istedadlı alimlərin, mədəniyyət və incəsənət xadimlərinin bütöv bir nəslini yetişdirmiş ölkədir.

Siz dahi atanız - müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin işini ləyaqətlə davam etdirirsiniz.

Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi-ticari və humanitar sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi Rusiya və Azərbaycan xalqlarının maraqlarına cavab verir, Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradır.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sülh, əmin-amanlıq, Azərbaycanın rifahı naminə yeni uğurlar arzu edirəm".

XXX

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, ilk növbədə, Sizə ehtiramımı bildirim və milli bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edim.

Bu əlamətdar gündə Sizə və Azərbaycanın bütün sakinlərinə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və firavanlıq, Vətənin rifahı naminə quruculuq fəaliyyətinizdə uğurlar arzu edirəm.

Azərbaycan Respublikası həmişə bizim regionun strateji tərəfdaşı olub və bu gün də belədir.

Əminəm ki, biz gələcəkdə də Həştərxan vilayəti ilə Azərbaycan arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq ənənələrini birgə səylərimizlə fəal inkişaf etdirəcəyik.

XXX

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Çox hörmətli İlham Heydər oğlu!

İcazə verin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin çoxsaylı kollektivi adından Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını milli bayramınız – Respublika Günü münasibətilə ürəkdən təbrik edim.

Müstəqil Azərbaycan Respublikasının yaranması ilə əlamətdar olan bu bayram ölkənizə hörmət və sevgi, onun milli adət-ənənələri, zəngin tarixi və parlaq mədəniyyəti baxımından xüsusi məna kəsb edir. Ötən onilliklər ərzində Sizin böyük yaradıcı əməyiniz, siyasi istedadınız və müdrikliyiniz sayəsində respublikanızın zəngin irsi nəinki qorunaraq saxlanılıb, həm də əhəmiyyətli dərəcədə inkişaf etdirilib. Bu gün Azərbaycan daim sosial-iqtisadi tərəqqiyə can atan, yeni imkanlara və perspektivlərə açıq olan dinamik inkişaf edən müasir dövlətdir.

İcazə verin, ölkənizin əsas milli bayramı günündə yaranmış fürsətdən istifadə edərək, Moskva Dövlət Universitetinə olan səmimi münasibətə görə Sizə təşəkkürümü bildirim. MDU-nun Bakı şəhərindəki filialı özünün bütün fəaliyyəti dövründə dövlətlərimiz arasında elm və təhsilin inkişafına, sülh və həmrəyliyə uğurla xidmət edir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, məsuliyyətli işinizdə tükənməz enerji və uğurlar arzulayır, Azərbaycan xalqına səadət və rifah diləyirəm".

XXX

Rusiyanın Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Rusiya azərbaycanlıları adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımı bildirir və Sizi milli bayramımız – Respublika Günü münasibətilə təbrik edirəm.

Öz Vətəni ilə, onun zəngin tarixi və bənzərsiz mədəniyyəti ilə daim fəxr edən Azərbaycan xalqının tarixində Respublika Günü ən mühüm bayramlardan biridir.

Bizim ölkəmiz dövlətçiliyin böyük, çətin, lakin layiqli quruculuq, inkişaf və möhkəmlənmə yolunu keçmişdir. Azərbaycan Respublikasının yaranması xalqın yeni tarixi şəraitdə müstəqillik və inkişaf səylərini nümayiş etdirdi.

Müasir Azərbaycanın müstəqil dövlətə çevrilməsi, dövlət quruculuğu və fəal siyasi, sosial-iqtisadi islahatlar Ümummilli Lider Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Böhran dövründə bizim ölkəmizə sabitliyi məhz Heydər Əliyev gətirdi. Məhz onun müdrik, ölçülüb-biçilmiş siyasəti nəticəsində Azərbaycan dünyada hamı tərəfindən tanınan inkişaf etmiş dövlət oldu.

Bu gün dahi Heydər Əliyevin işinin davamçısı kimi Sizin sayənizdə, Sizin uzaqgörən və ardıcıl siyasətiniz sayəsində Azərbaycan sabit inkişaf edir və beynəlxalq arenada uğurlu, multikultural dövlət olmaqda davam edir.

Fürsətdən istifadə edərək, Rusiyada yaşayan azərbaycanlılara göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz hər şeydə Sizi dəstəkləyirik və əminik ki, Azərbaycan Sizin rəhbərliyiniz altında müstəqilliyin möhkəmləndirilməsi və hərtərəfli inkişaf yolunda yeni uğurlar qazanacaq, qarşısına qoyduğu bütün məqsədlərə çatacaq və öz ərazi bütövlüyünü həmişəlik bərpa edəcək!

Bir daha Sizi bayram münasibətilə təbrik edirəm! Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı, səadət, rifah, sülh və həmrəylik arzulayıram!"

XXX

Rusiya Federasiyası İnquş Respublikasının rəhbəri Mahmud-Əli Kalimatovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və xalqınızı dövlət bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz həyat eşqi, respublikanızın rifahı naminə quruculuq fəaliyyətinizdə uğurlar diləyirəm.

Bütün Azərbaycan xalqına səadət, xoş günlər, sülh və əmin-amanlıq, Sizin gözəl diyarınıza bundan sonra da tərəqqi, sülh və firavanlıq arzulayıram".

XXX

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Respublika Günü münasibətilə təbrik edirəm.

Xalqın iradəsi və respublika rəhbərliyinin milli mənafelərə əsaslanan siyasəti sayəsində həyatın çox sahələrində böyük uğurlar qazanmış Azərbaycan bu gün də inkişaf və quruculuq yolunda inamla irəliləməkdə davam edir.

Dağıstanda Azərbaycan Respublikası ilə tarixən yaranmış çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmətə əsaslanan səmərəli birgə fəaliyyəti yüksək qiymətləndirirlər.

Əmin olduğumu bildirirəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında konstruktiv əməkdaşlıq və mehriban qonşuluq münasibətləri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək, Rusiya və Azərbaycan xalqlarının rifahına xidmət edəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzularımı qəbul edin".

XXX

“Safmar” qrupu Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan vətəndaşları üçün əlamətdar bayram olan Respublika Günü xalqınızın Vətənin müstəqilliyi və azadlığı uğrunda mübarizədə sıx birləşməsinin rəmzidir.

Bu gün milli qürur hissi, vətənpərvərlik, öz qüvvəsinə tükənməz inam və ölkə rəhbərliyinin müdrik siyasəti respublikanızın iqtisadi və sosial sahələrdə uğurlar qazanmasına, beynəlxalq arenada ölkənizin nüfuzunun möhkəmləndirilməsinə imkan verir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüslərinizin gerçəkləşməsini arzulayıram".

XXX

M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkodan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın əsas bayramlarından biri – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin ölkəniz öz müstəqilliyini əzmlə qoruyub saxlayıb və bu gün sosial-iqtisadi, elmi-texniki və mədəni irsini uğurla inkişaf etdirir.

Qoy bu bayram günü ölkənizin şanlı keçmişinə, bugünkü firavanlığa və daha parlaq gələcəyə görə qürur duymağa bir fürsət olsun.

Sizin ölkənizə səmimi qəlbdən firavanlıq, bütün Azərbaycan xalqına xoşbəxtlik arzu edirəm".

XXX

Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,

Dünya Turizm Təşkilatı adından və şəxsən öz adımdan Azərbaycanın Respublika Günü münasibəti ilə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Ölkənizin və xalqınızın rifahı və tərəqqisi üçün ən xoş arzularımı yetirirəm.

Azərbaycan hökumətinin turizm sektorunda davamlı inkişaf əldə etmək qətiyyəti sevindirici haldır. Bu, ölkənizin davamlı sosial və iqtisadi inkişafı üçün turizmə verdiyiniz önəmin göstəricisidir.

Dünya Turizm Təşkilatının Sizə səylərinizdə hərtərəfli dəstək verməyə hazır olduğuna əmin ola bilərsiniz. İnanıram ki, bütün bunlar Azərbaycanın ümumi sosial-iqtisadi inkişafında özünü büruzə verəcək.

Zati-aliləri, bir daha Sizi təbrik edir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Biz BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional qurumu olaraq xalqınızla birlikdə 1918-ci ilin 28 mayını - Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin imzalanması ilə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət elan olunması tarixini şərəflə qeyd edirik. Azərbaycan Xalq Cümhuriyyəti özünəməxsus və zamanını qabaqlayan bir dövlət idi. Cəmi 23 ay yaşamasına baxmayaraq, onun əldə etdiyi nailiyyətlər müasir Azərbaycan Respublikasının rifahının əsasını qoydu.

Fürsətdən istifadə edərək, Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinə COVID-19-a qarşı böyük və səmərəli səylərlə mübarizə apardığına görə təşəkkür edirəm. Nazirlər Kabineti yanında Operativ Qərargah və digər aidiyyəti qurumlar Azərbaycanın aparıcı sənaye sahəsi olan neft və qaz sektorunda iş rejiminin düzgün səviyyədə qurulmasını təmin etdi. Bu, ölkənin mühüm enerji layihələrinin inkişafına, BP və onun tərəfdaşlarının lazımi daxili resurslarını cəmləyərək regiondakı əməliyyatlarını xüsusi karantin rejimi qaydaları ilə davam etdirməsinə kömək oldu.

BP Azərbaycanla əməkdaşlığının davamlı şəkildə genişlənməsinə böyük önəm verir və bu əməkdaşlığın gələcək məhsuldar inkişafını səbirsizliklə gözləyir.

Zati-aliləri, icazə verin, Sizə cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına davamlı inkişaf və firavanlıq arzulayım".

XXX

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycanın bütün sakinlərinin fədakar əməyi sayəsində bu gün respublikanız regionun və dünyanın ən uğurlu və sabit dövlətlərindən biridir. Şübhə yoxdur ki, bu uğurların qazanılmasında Azərbaycanın rəhbərliyi mühüm rol oynayıb. Bu ölkənin lideri kimi Sizin yüksək keyfiyyətlərə malik olduğunuzu bildiyim üçün mən əminəm ki, respublikanızı qarşıda çoxlu qələbələr və yeni zirvələr gözləyir.

İcazə verin, Sizə və bütün azərbaycanlılara möhkəm cansağlığı, xoşbəxtlik diləyim və bütün niyyətlərinizin həyata keçməsini arzulayım".

XXX

Braziliya Federativ Respublikasının Prezidenti Jair Bolsonarudan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident.

Braziliya Hökuməti və xalqı adından və şəxsən öz adımdan Zati-alinizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbrik edirəm.

Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayaraq, xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimizi birləşdirən dostluq əlaqələrini möhkəmləndirmək üçün Braziliyanın Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha vurğulayıram.

Möhtərəm Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi rica edirəm".

XXX

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistödən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,

Azərbaycan Respublikasının qurulmasının 102-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, xahiş edirəm, yüksək ehtiramımı qəbul edin".

XXX

Gürcüstanın görkəmli mədəniyyət və ictimai xadimlərindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Çox hörmətli İlham Heydər oğlu.

Sizi və bütün Azərbaycan xalqını böyük bayram – Respublika Günü münasibətilə təbrik edirik.

Bu gün biz Azərbaycanın sürətli inkişafını fərəhlə izləyirik. Xalqınızın rifahı, hər bir ailənin həyat səviyyəsi gündən-günə artır. Bakı – Qafqazın incisi özünün gözəlliyi, əzəməti və valehedici memarlığı ilə daha çox diqqət cəlb edir.

Hörmətli İlham Heydər oğlu, bütün bunlar Sizin xidmətinizdir, Sizin öz xalqınız üçün yorulmaz qayğınızın, ölkəni müdrikcəsinə, istedadla və dəyanətlə idarə etmək, bütün Azərbaycan xalqına, hər bir Azərbaycan ailəsinə, hər bir azərbaycanlıya rifah və tərəqqi gətirmək bacarığınızın nəticəsidir.

Bu bünövrəni yeni Azərbaycanın, bütün yeni Qafqazın yeni siyasətinin banisi, sülh, quruculuq, xalqların tərəqqisi, mehriban qonşuluq, qarşılıqlı yardım və qarşılıqlı anlaşma siyasətinin yaradıcısı olan dahi Heydər Əliyev qoyub.

Bu, xüsusilə Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı münasibətlərdə hiss olunur. Biz Heydər Əlirza oğlunun xidmətlərini yüksək dəyərləndiririk və neft müqaviləsində bu dahi insanın Azərbaycanın payını o dövrdə çətin vəziyyətdə olan Gürcüstanla necə bölüşməsini heç vaxt yaddan çıxarmayacağıq. Bunu ancaq qardaş qardaşa edərdi.

Bizi – azərbaycanlıları və gürcüləri uzun əsrlik dostluq telləri bağlayır. Qədim zamanlardan bu iki zəhmətkeş xalq daim sülh və həmrəylik içərisində yaşayıb. Bizim bütün keçmişimiz və bu günümüz bunun parlaq təzahürüdür: bir-birinin ənənələrinə, etiqadına hörmət və ehtiram, həyatın bütün sahələrində - siyasət, elm, ətraf mühitin mühafizəsi, iqtisadiyyat sahələrində sıx qarşılıqlı münasibətlər. Tarix bizim qardaş xalqları dahi Heydər Əliyevin zəhmətinin bəhrəsi olan “Yeni İpək yolu”nda çiyin-çiyinə birləşdirdi.

Xalqlarımız mədəniyyət və incəsənət sahəsində xüsusilə yaxındır. Onların dostluğu isə konkret insanların dostluğu üzərində qurulur.

Bunun parlaq nümunəsi möhtəşəm rejissor, həqiqətən peşəkar və istedadlı kinematoqraf Vaqif Mustafayevdir. Onun yaratdığı filmlər həm Qafqazda, həm də onun hüdudlarından kənarda sevilir və dəyərləndirilir. Bizim dostumuz və bütün regionumuzun fəxri olan Vaqif bir sıra xidmətləri ilə yanaşı, həmçinin Gürcüstanın “Şərəf” ordeni ilə təltif edilib. Vaxtilə Azərbaycanın Mədəniyyət nazirinin müavini olduğu dövrdə o, daim gürcü mədəniyyət xadimlərinə kömək edib, onlara hər cür yardım və dəstək göstərib, bununla da bizim sevgimizi, hörmət və etibarımızı qazanıb.

Azərbaycanın regionda liderlik edərək, möhkəm və əzmli addımlarla firavanlığa doğru irəliləməsi bizi çox sevindirir. Liderin müdrikliyi və istedadı, cəsarəti və qətiyyəti Sizə Heydər Əliyevdən irsən keçib. Eləcə də öz xalqına sonsuz məhəbbət. Ən əsası odur ki, bu sevgi qarşılıqlıdır. Xalq Sizi dahi atanızı sevdiyi kimi sevir.

Çox hörmətli İlham Heydər oğlu, Gürcüstan ictimaiyyəti Sizi bir daha Respublika Günü münasibətilə təbrik etməkdən məmnundur. Sizə və bütün azərbaycanlılara cansağlığı, xoşbəxtlik, uzun ömür və bol sevinc arzulayırıq. Biz əminik ki, sizin sevinciniz bizim sevincimiz, sizin uğurlarınız bizim uğurlarımız, sizin nailiyyətləriniz bizim nailiyyətlərimizdir.

Biz, iki qardaş xalq daim sülh və həmrəylikdə yaşamışıq və yaşayacağıq. Biz ulu babalarımızın yaşadıqları kimi, daim digərləri üçün qarşılıqlı hörmət və dostluq nümunəsi olacağıq.

Azərbaycana əbədi sülh arzulayırıq!

Nani Breqvadze, müğənni, Gürcüstanın və SSRİ-nin Xalq artisti;

Eka Mamaladze, müğənni, Gürcüstanın “Şərəf” ordeni kavaleri;

Eldar Şengelaya, kinorejissor, Gürcüstanın və SSRİ-nin dövlət mükafatları laureatı, çoxsaylı beynəlxalq mükafatlar və festivallar laureatı;

Temur Babluani, kinorejissor, Rustaveli adına mükafatın, “Sundance Film Festival”ın, həmçinin bir çox beynəlxalq festivalların laureatı, Fransa Kino Akademiyasının üzvü;

Gela Babluani, kinorejissor, Avropa Kino Akademiyasının, bir çox beynəlxalq festivalların laureatı;

Temur Çxeidze, rejissor, Gürcüstanın və Rusiya Federasiyasının Xalq artisti;

Kaxi Kavsadze, Gürcüstanın və SSRİ-nin Xalq artisti;

İrakli Kvirikadze, kinorejissor, ssenarist, yazıçı. Gürcüstanın Əməkdar incəsənət xadimi, bir çox beynəlxalq mükafatların və festivalların laureatı;

Merab Kokoçaşvili, kinorejissor, aktyor, ssenarist. “Gürcüstanfilm” kinostudiyasının direktoru, bir çox beynəlxalq mükafatların və festivalların laureatı;

Ramaz Buba Xotivari, kinorejissor, Gürcüstan Kino Akademiyasının (Kinematoqrafçılar İttifaqı) prezidenti, bir çox beynəlxalq mükafatların və festivalların laureatı;

Andro Çiaureli, kinorejissor, beynəlxalq mükafatların və festivalların laureatı;

İmeda Kaxiani, Gürcüstanın Xalq artisti;

Aleksandr Çivadze, Əməkdar idman ustası, SSRİ yığmasının və “Dinamo” (Tbilisi) komandasının kapitanı;

Leri Xabelov, dünya, Avropa və Olimpiya çempionu, Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti;

İrakli Tripolski, kinorejissor, Gürcüstan Parlamentinin üzvü (2012-ci ildən hazırkı dövrədək);

Dilar Xabuliani, Avropa çempionu (1977), Gürcüstanın Daxili İşlər naziri (1990-1992), Gürcüstanın Cüdo Federasiyasının prezidenti (1991-2010), Gürcüstan Parlamentinin üzvü (1990-1993);

Valeri Asatiani, filoloq, Gürcüstanın Mədəniyyət naziri (1985-1990, 1995-2000);

David Maqradze, şair, Gürcüstanın dövlət himninin müəllifi, Gürcüstanın Mədəniyyət naziri (1992-1995), Nobel mükafatı nominantı (2011);

Givi Sixarulidze, şair, yazıçı, aktyor, baletmeystr;

Saqliani Yerekle, şair, ictimai xadim, aktyor".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti