...

Rauf Əliyev Bolqarıstan səfiri ilə görüşüb (FOTO)

Siyasət Materials 11 İyun 2020 13:25 (UTC +04:00)
Bu gün Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankovla görüşüb.
Rauf Əliyev Bolqarıstan səfiri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Bu gün Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankovla görüşüb.

Trend-in məlumatına görə, görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi və hal-hazırda strateji əməkdaşlıq səviyyəsində olduğu qeyd olunmuş və bu sahədə iki dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Görüşdə iki ölkə arasında energetika, nəqliyyat, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf prespektivləri və Sofiyada Azərbaycan Ticarət Evinin açılması məsələsi müzakirə olunub. Görüş zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin xüsusi əhəmiyyəti qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti