...

Aİ: Azərbaycanla yeni hərtərəfli razılaşma ilə bağlı danışıqlar inkişaf mərhələsindədir

Siyasət Materials 18 İyun 2020 22:31 (UTC +04:00)
Aİ: Azərbaycanla yeni hərtərəfli razılaşma ilə bağlı danışıqlar inkişaf mərhələsindədir

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanla yeni hərtərəfli razılaşma ilə bağlı danışıqlar inkişaf mərhələsindədir.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Avropa İttifaqı (Aİ) liderləri və Şərq Tərəfdaşlığı ölkələrinin videokonfransından sonra keçirilən mətbuat brifinqində deyib.

O bildirib ki, Şərq Tərəfdaşlığı ölkələrinin zirvə görüşü 2021-ci ilin martında Brüsseldə keçiriləcək:

"Gələn il yaxşı hazırlaşmaq və birgə bəyannamə qəbul etmək üçün birlikdə beş prioritet, beş vacib mövzu müəyyənləşdirdik".

Ş.Mişel qeyd edib ki, Şərq Tərəfdaşlığı Aİ-nin xarici siyasətinin prioritet hissəsidir:

"Son on ildə əməkdaşlığımız inkişaf etdi. Aİ ilə altı tərəfdaş arasında ticarət iki dəfə artıb. Birlikdə Şərq Tərəfdaşlığı ölkələri Aİ-nin onuncu ən böyük ticarət tərəfdaşıdır".

COVID-19 ilə mübarizədə əməkdaşlıqdan danışan Ş.Mişel, Avropa İttifaqı bölgədəki tərəfdaşlarına dəstək vasitələri təqdim etməklə çox tez reaksiya verdiyini bildirib:

"Bu ölkələrin bölgədəki dəstəyinə 1 milyard avro səfərbər edilmişdir. Tibbi avadanlıqlar, əlcəklər, maskalar və respiratorlar da verdik. Bu dəstək Şərq Tərəfdaşlığının Aİ üçün əhəmiyyətini əyani şəkildə göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti