...

Sevil Mikayılova: Bütün dünyanın diqqəti Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu tədbirə yönəlib

Siyasət Materials 12 İyul 2020 12:58 (UTC +04:00)
Sevil Mikayılova: Bütün dünyanın diqqəti Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu tədbirə yönəlib

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutacaq BMT Baş Assambleyasının xüsusi sessiyası qlobal çağırışlara münasibətdə yeni həll planlarının tapılması üçün mühüm addımdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilən iclasında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılmasını təklif etmişdi:

"Pandemiyanın dünya düzəninə gətirdiyi dəyişikliklər qaçılmazdır və məhz bu məsuliyyətli məqamda cənab Prezident İlham Əliyevin zamanında irəliyə sürdüyü təşəbbüs vəziyyətin idarə olunması üçün yeni imkanlar yaradır. Təsadüfi deyil ki, belə müzakirələrin vacibliyini anlayaraq 130-dan çox ölkə Azərbaycan liderinin konstruktiv təşəbbüsünü dəstəkləyib.

İyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq öz işinə başlayıb, dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında keçirilən məsləhətləşmədın asılıdır.

Hadisələrin proqnozlaşdırılmayan istiqamətlərdə inkişafı dövlətlər və cəmiyyətlər üçün yeni çağırışlar yaradır və bu situasiya vahid yanaşmaların işlənib hazırlanmasını labüd edir.

Artıq müəyyən dövr ərzində müxtəlif ölkələrdə COVİD-19-a qarşı mübarizə sahəsində müəyyən təcrübə formalaşıb və dünyanın bu mübarizədə ümumi baxışlarının formalaşdırılması hadisələrin sonrakı inkişafında əhəmiyyətli orientir ola bilər. Bu mənada, BMT Baş Assambleyasında səsləndiriləcək fikirlər hədsiz maraqla gözlənilir və heç şübhəsiz bütün dünyanın diqqəti Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu tədbirə yönəlib".

S.Mikayılova vurğulayıb ki, sözdən əməli işə keçməyin tam zamanıdır və BMT Baş Assambleyasından praktik addımların atılması üçün böyük gözləntilər var:

"Uyğun platformanın yaradılması qlobal bəla ilə mübarizədə mahiyyətcə yeni yanaşma olacaq. Beynəlxalq münasibətlər sistemində son zamanlar müşahidə olunan ətalətə qarşı hərəkət mexanizmının hazırlanması üçün əsas verəcək.

Azərbaycan Prezidentinin bu təşəbbüsü fors major situasiyalarda idarəetməyə tam yeni baxışların olmasının vacibliyini göstərməklə yanaşı, prosesləri staqnasiya mərhələsindən çıxarmaq üçün mühüm gedişdir.

Planetin hər bir bölgəsində həyəcanla gözlənilən BMT Baş Assambleyasının qarşıdan gələn icalsı bu mənada xüsusi önəm daşıyır. Qəbul oluncaq hər bir qərar nəticə etibarilə 2-ci Dünya Müharibəsindən sonra təşkilatın qlobal anlamda proseslərə ən təsirli müdaxiləsi və "COVİD-19" mübarizəsində səylərin mərkəzləşdirilməsini təmin edə bilər.

BMT tarixində 31 Xüsusi sessiya keçirmişdir, bunlardan yalniz üçü dövlətlər tərfindən çağırılmışdır. BMT səviyyəsində virtual formatda belə bir əhəmiyyətli tədbirin keçirilməsi, əlbəttə, bir yenilikdir. Beləliklə, Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT tarixində bir ilkə imza atmış olub. Eyni zamanda, Azərbaycan Prezidenti rəqəmsal diplomatiyanın təşəbbüskarı kimi cıxış edib və xüsusilə, qeyd etmək lazımdır ki, Azərbaycan BMT-yə texniki sahədə dəstək verməyə hazır olduğunu bildirib.

İnanırıq ki, BMT Baş Assambleyası öz rəsmi fəaliyyətini bərpa edərək pandemiya ilə mübarizədə önəmli müzakirələr apararaq, bəşəriyyəti bu pandemiyanın cəngindən xilas etmək üçün lazımi qərarlar qəbul edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti