...

Ukraynalı deputat: Sərhəddə yaranan gərginlik Ermənistanda vətəndaşların diqqətini daxili problemlərdən yayındırmaq cəhdidir

Siyasət Materials 14 İyul 2020 17:59 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna və Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünün bərpasında bir-birlərini dəstəkləyirlər.

Trend-in məlumatına görə, bunu Ukrayna Ali Radasının deputatı Lüdmila Marçenko söyləyib.

Deputat bildirib ki, Azərbaycan və Ermənistan sərhədində baş verən döyüşlərdə hər iki tərəfdən itkilər var. Lakin Ermənistanda qurbanlar və hücum haqqında fərqli məlumatlar verilir. Bu, dəhşətlidir və xalqın yanlış məlumatlandırma ehtimalıdır. Bu vəziyyət Ermənistanda insanların diqqətini ölkənin daxili problemlərindən yayındırmaq cəhdidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti