...

Müdafiə Nazirliyinin nümayəndə heyəti hərbi pilot Rəşad Atakişiyevin məzarını ziyarət edib (FOTO)

Siyasət Materials 24 İyul 2020 19:40 (UTC +04:00)
Müdafiə Nazirliyinin nümayəndə heyəti hərbi pilot Rəşad Atakişiyevin məzarını ziyarət edib (FOTO)

Bakı. Trend:

Müdafiə nazirinin tapşırığına əsasən təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının ildönümündə nazirliyin nümayəndələri tərəfindən onun məzarı ziyarət olunub, əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, anma mərasimində Hərbi Hava Qüvvələrinin zabiti polkovnik Elşad Pənahov çıxış edərək R.Atakişiyevin Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində özünü peşəkar, nümunəvi, vətənpərvər zabit kimi göstərdiyini və onun xidmətlərinin həmişə yüksək qiymətləndirildiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti