...

“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək F-16 təyyarələri Azərbaycana gəlib (FOTO/VİDEO)

Siyasət Materials 31 İyul 2020 11:44 (UTC +04:00)

Bakı. Trend:

“TurAz Qartalı - 2020” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib.

Əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarşılanma mərasimində çıxış edənlər təlimlərin Azərbaycanda təşkil olunmasının vacibliyini vurğularaq bundan qürur hissi duyduqlarını bildirib və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsində iştirakçılara uğurlar arzulayıblar.

Xəbər lenti

Xəbər lenti