...

Azərbaycan həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasında iştirak edir - Hikmət Hacıyev

Siyasət Materials 3 Oktyabr 2020 17:30 (UTC +04:00)
Azərbaycan həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasında iştirak edir - Hikmət Hacıyev

Bakı. Samir Əli - Trend:

Azərbaycan həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasında iştirak edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib Onun sözlərinə görə, danışıqlar prosesini dağıdan Ermənistan Respublikasıdır:

“Ona görə də bu müraciət Ermənistana ünvanlanmalıdır ki, Ermənistan özünün işğalçılıq siyasətinə son qoysun. Danışıqlar xatirinə danışıqlar da hər kəsi yorub.

Danışıqlar prosesi ilk növbədə ilk nəticəyönümlü olmalıdır ki, Azərbaycan işğal olunmuş ərazilərindəki Ermənistan silahlı qüvvələrinin mövcudluğuna son qoyulsun və Ermənistan qoşuları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılsın. Eyni zamanda, BMT-nin aidiyyəti qətnamələri təmin olunsun. Azərbaycan öz konstruktivliyini, özünün danışıqlar prosesindəki mövqeyini aydın və birmənalı şəkildə ifadə etmişdir. İndiki şəraitdə də beynəlxalq ictimaiyyət Ermənistanın üzərinə daha böyük siyasi, diplomatik təzyiqlər qoymalıdır ki, Ermənistan öz qoşunlarını Azərbayvanın işğal olunmuş ərazilərindən çıxarsın. Bütün bunlar barədə ölkə başçısı beynəlxalq kanallara verdiyi açıqlamalarında ətraflı məlumat verib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti