...

Ermənistan Azərbaycanın mülki əhalisini və obyektlərini hansı ərazilərdən atəşə tutur? - XİN açıqladı

Siyasət Materials 5 Oktyabr 2020 12:52 (UTC +04:00)
Ermənistan Azərbaycanın mülki əhalisini və obyektlərini hansı ərazilərdən atəşə tutur? - XİN açıqladı

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın mülki əhalisinin və obyektlərinin Ermənistanın hansı əraziləridən atəşə tutulması məlum olub.

Trend-in məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva bu gün keçirdiyi brifinqdə deyib ki, Azərbaycan tərəfində olan dəqiq faktlara və məlumatlara əsasən, respublikamızın Gəncə, Mingəçevir şəhərləri, Abşeron və Xızı rayonları Ermənistanın Gorus, Sisyan, Vardenis, Cermuk və Berd şəhərlərindən raket atəşlərinə məruz qalıb.

L.Abdullayeva bildirib ki, bu faktlarla bağlı beynəlxalq ictimaiyyət məlumatlandırılacaq. Onun sözlərinə görə, həm yerli, həm də beynəlxalq ekspertlərin, hadisə yerində olan reportyorların və xarici jurnalistlərin iştirakı ilə toplanmış faktlar müvafiq beynəlxalq təşkilatlara təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti