...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Prezident İlham Əliyevə məktub göndərib

Siyasət Materials 11 Oktyabr 2020 17:08 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Prezident İlham Əliyevə məktub göndərib

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Şövkət Əziz Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: "Zati-aliləri, biz, ölkənizin dostları olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində baş verən ən son münaqişədən narahatıq. Günahsız insanların, xüsusi ilə də uşaqların ölümü qəbul edilməzdir. Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin dərhal yerinə yetirilməsinin vacibliyini xatırlatmaqla Ermənistana daha fəal surətdə təsir etməlidir.

Biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından BMT-nin Baş katibinə bəyanat göndərərək erməni təcavüzkarların Azərbaycan ərazilərindən dərhal çıxarılmasına və təcili atəşkəsə çağırış edirik. Biz, həmçinin həmsədrimiz Vayra Vike-Freyberqanın BMT-nin xüsusi nümayəndə təyin edərək Təhlükəsizlik Şurasına hesabat verməsi təklifini dəstəkləyirik.

Cənab Prezident, biz Sizin və Azərbaycan xalqının yanındayıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti