...

Müdafiə Nazirliyi: Su-25 təyyarəmiz vurulmayıb

Siyasət Materials 14 Oktyabr 2020 11:15 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

Bu barədə Trend-ə Müdafiə nazirliyindən bildirilib.

Məlumatda qeyd edilir: "Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti