...

Ermənistanın dövlət terroru və Azərbaycanın dinc sakinlərinə qarşı yönəlmiş total müharibəsi

Siyasət Materials 17 Oktyabr 2020 13:07 (UTC +04:00)
Ermənistanın dövlət terroru və Azərbaycanın dinc sakinlərinə qarşı yönəlmiş total müharibəsi

Bakı. Trend:

2020-ci il oktyabrın 17-də gecə saat 1-də Ermənistan "Elbrus" (Scud) operativ-taktiki raketi ilə Azərbaycanın ikinci ən böyük şəhəri, cəbhə xəttindən uzaqda yerləşən Gəncəni atəşə tutub. Yerevan terrorçuları tərəfindən əvvəlcədən sıx məskunlaşmış rayona yönəlmiş raket zərbəsi nəticəsində yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.

Hazırda dağıntılar altından 40-dan çox yaralı və həlak olan 13 mülki şəxsin meyiti çıxarılıb. Gəncə döyüş əməliyyatları zonasından uzaqda yerləşir, bu barbar raket atəşinə ehtiyac yox idi. Bu, döyüş meydanından mübarizə apara bilməyən erməni terrorçuluğunun çarəsizlik aktıdır. Bizim qoşunlarımız müxtəlif istiqamətlərdə düşmənin müdafiə zonalarını yara, düşməni öz mövqelərindən sıxışdıra və irəliləyərək onları qaçmağa vadar edə bilib. Uğurlu hərbi əməliyyatlar nəticəsində döyüş təcrübəsi yığmış Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti əlverişli bölgələri, yüksəklikləri və vacib istiqamətlərdə mövqeləri tutub.

Azərbaycan ordusu bütün cəbhə boyunca dəqiq atəşlə düşmənə zərbələr vuraraq operativ üstünlüyü saxlayır. Öz nifrətlərində boğulan Ermənistan hakimiyyəti Azərbaycanın dinc sakinlərinə qarşı total müharibə kursu götürüb və terrorçuluğu dövlət səviyyəsinə yüksəldib. Nasist Almaniyası kimi Yerevan da öz işğalçı ordusunun Azərbaycan ərazisindəki cinayətlərini sırf "erməniliyin" maraqlarına xidmət edən "öz müqəddəratını təyinetmə" barədə yalan bəyanatlarla ört-basdır edir. Gəncədə və Azərbaycanın digər yaşayış məntəqələrində dinc əhalinin atəşə tutulması və terrorçuluq faşist dövlətinin əməllərinə və qanunlarına uyğundur.

Ermənistanın siyasəti azərbaycanlıların etnik təmizənməsində, milli və dini azlıqların təqib edlməsində, böyük dövlət iddialarında, özünü qonşulara aqressiv şəkildə qarşı qoymaqda, eləcə də beynəlxalq hüquqa və humanizm prinsiplərinə açıq-aşkar etinsızlıq üzərində qurulub. Dünya qəbul etməlidir ki, Azərbaycan Qarabağda erməni faşizminə qarşı Vətən müharibəsi aparır. Hərbi cinayətkarları, Ermənistanın baş naziri Paşinyanı, onun müdafiə naziri Tonoyanı və digər erməni liderləri Nürnberq prosesinin analoqu gözləyir. Bugünkü faşist Ermənistanın öz cinayətləri ilə minlərlə insanın ölümündə, çoxsaylı Azərbaycan şəhərlərinin dağıdılmasında, vəhşiliklərlə müşayiət olunan cinayətlər törətmiş rəhbərləri üzərində beynəlxalq məhkəmə baş tutmalıdır.

Elxan Ələsgərov

"Baku Network" Ekspert Şurasının direktoru, fəlsəfə doktoru
Məqalədə:
Xəbər lenti

Xəbər lenti