...

Düşmənin bu xain əməlləri cəzasız qalmayacaq - Sahibə Qafarova

Siyasət Materials 20 Oktyabr 2020 11:53 (UTC +04:00)
Düşmənin bu xain əməlləri cəzasız qalmayacaq - Sahibə Qafarova

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədərək cəbhə zonasından uzaqda yerləşən əraziləri və mülki əhalini atəşə tutur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Qafarova qeyd edib ki, düşmənin bu xain əməlləri cəzasız qalmayacaq: “Terrorçu Ermənistan cəbhə zonasından kənarda Azərbaycanın günahsız insanlarını, uşaqları qətlə yetirir.

Düşmən bilməlidir ki, bu xain əməllərin heç biri cəzasız qalmır və qalmayacaq. Azərbaycan ordusu hər gün bizə qələbə sevinci yaşadır. Müzəffər ordumuz başladığı işi sona çatdıracaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti