...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yeni layihəyə başlayıb

Siyasət Materials 20 Oktyabr 2020 12:23 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yeni layihəyə başlayıb

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Robert F.Kennedy İnsan Hüquqları Fondu ilə bərabər “Speak Truth To Power” insan hüquqlarının təbliğ olunması ilə bağlı növbəti layihəyə başlayıb.

Trend-in məlumatına görə, layihə çərçivəsində hər ay Mərkəzin üzvlərindən biri (noyabr üçün sabiq baş nazir Yves Leterme və dekabr üçün sabiq prezident Boris Tadiç) Amerika, Kanada, İspaniya, İtaliya, İsveçrə məktəblilərinə zoom konfrans kecirəcək. Layihənin ilk qonağı olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsisçi Həmsədri xanım Vayra Vike-Freyberga və Mərkəzin Baş Katibi Rövşən Muradov qatılıb. Xanım Prezidentin həyatını Mərkəzin İdarə Heyyətinin üzvü xanım Kerry Kennedy təqdim edib. Xanım Vayra Vike-Freyberqa çıxışında dünyada baş verən siyasi proseslər, Latviya dövlətçiliyindən, Amerika seçkiləri, qadın liderliyinin əhəmiyyəti və xanım Prezidentin məcburi köçkün olaraq Almaniya, Mərakeş, Kanada və Prezidentliyə aparan yol haqqında danışıb. Xanıma verilən suallardan biri Ermənistan Azərbaycan arasında baş verən müharibə ilə bağlı fikri olub. Xanim Freyberga deyib ki, Sovetlər İttifaqı dağılandan sonra Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal edib. Bununla əlaqədar BMT-nın 4 qətnaməsi məhz ərazilərin dərhal, qeyd-şərtsiz qaytarılmasın tələb edir. O cümlədən bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır (Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi). Və bu işğal beynəlxalq qanunvericiliyə ziddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti