...

Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb - Hikmət Hacıyev

Siyasət Materials 21 Oktyabr 2020 10:12 (UTC +04:00)
Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb - Hikmət Hacıyev

Bakı. Trend:

Ermənistanın Azərbaycanlı mülki vətəndaşlara qarşı Müharibə Cinayətləri davam edir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

Hikmət Hacıyev bildirib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:

Tərtər - 423 mərmi

Ağdam - 49 mərmi

Ağcabədi - 24 mərmi

Goranboy - 2 mərmi

Naftalan/Goranboy - "Smerch" raketləri.

Tərtərdə 2 mülki həlak olub, biri yaralanıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti