...

Belçika mediasında Azərbaycanın haqlı mövqeyindən yazılıb

Siyasət Materials 23 Oktyabr 2020 15:20 (UTC +04:00)
Belçika mediasında Azərbaycanın haqlı mövqeyindən yazılıb

Bakı. Trend:

Belçikanın "belcikaaydinhaber.com" portalında Əbu-Dabi Universitetinin beynəlxalq əlaqələr kafedrasının müəllimi, tədqiqatçı, yazar Şəhrizad Süleymanın "Ermənistanın gerçək üzü və Qarabağ Azərbaycandır!" başlıqlı məqaləsi yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məqalədə ermənilərin son 200 ildə türk millətinə qarşı törətdiyi qanlı çinayətlərdən, əsassız ərazi iddialarından bəhs edilib. 30 ilə yaxındır işğalçı Ermənistan ordusu tərəfindən Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun işğal altında saxlanıldığına diqqət cəlb edilib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun rayonları və kəndləri, mühüm strateji yüksəklikləri işğaldan azad etməsinə təcavüzkar Ermənistan ordusunun ölkəmizin cəbhə bölgəsindən kənarda yerləşən Gəncə, Mingəçevir şəhərlərini, Şəmkir, Tərtər və Bərdə rayonlarını raket atəşinə tutmaqla cavab verdiyi nəzərə çatdırılıb. Ermənistanın raket hücumu nəticəsində Gəncədəki çoxmənzilli binaların dağıdıldığı, 24 dinc sakinin həlak olduğu, 90 nəfərin yaralandığı, şəhərə və mülki infrastruktura ciddi ziyan dəydiyi vurğulanıb.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
http://www.belcikaaydinhaber.com/?act=show&code=detail&id=20620

Məqalədə:
Xəbər lenti

Xəbər lenti